Qəza və Qədər barədə etiqad

Qəza və Qədər barədə etiqad

Zürarə soruşur: Ey Ağam! Qəza və Qədər barədə nə deyərsiniz?
İMAM SADİQ(əleyhissalam) buyurdu:

“Deyirəm, Uca ALLAH Qiyamət günü bəndələrini məhşərə topladıqda onlardan Öz qəzaları(hökm etdiyi şeylər) barədə soruşacaqdır.”

Qədər barədə danışmaq isə qadaöan edilib, necə ki Həzrəti ƏLİ(əleyhissalam) bu barədə belə buyurmuşdur:
“Dərin bir dənizdir, ora üz tutmayın.”

İkinci dəfə də soruşulduqda AĞA(ə) buyurur:

“Qaranlıq zülmət bir yoldur, bu yolda getmə. Bu ALLAHIN sirridir, ona mükəlləf olma(onu dilinə gətirib danışma).”

 

Əmirəl-mominin ƏLİ(əleyhissalam) başqa yerdə qədər barədə belə buyurmuşdur:

“Bilin ki, qədər ALLAHIN sirrlərindən bir sirr, örtüklərindən bir örtük, qalalarından bir qaladır. İlahi hicablarda qaldırılmış, məxluqlarından gizlədilmiş, ALLAHIN möhürü ilə möhürlənmiş və ALLAHIN elmində keçmişdir. Bəndələrə qədər barədə elm verilməmiş və əqllərinin fövqündə qərar tutmuşdur. Çünki onlar ALLAHI nə rəbbanilik həqiqəti, nə ehtiyacsızlıq qüdrəti, nə nuraniyyət əzəməti, və nə də vəhdaniyyət izzətilə anlaya bilməzlər. Belə ki, qədər, xalis ALLAHA aid olan təlatümlü bir dənizdir ki, dərinliyi yerlə göy arası, genişliyi isə qərblə şərq arası qədərindədir. Olduqca zülmətli gecə kimidir, ilan və balıqlarla doludur. Gah qalxır, gah enir. Dibində işıq saçan bir günəş vardır. Vahid və Yeganə olan ALLAHDAN başqası ondan agah ola bilməz. Ondan agah olmaq istəyən kəs həqiqətdə ALLAHA qarşı çıxmış , hakimiyyəti barədə Onuna mübarizəyə qalxmış , sirrini və örtüyünü yırtmağa cürət etmişdir ki , bununla da ALLAHIN qəzəbinə düçar olmuşdur. Onun gedəcəyi yer Cəhənnəmdir. Ora necə də pis bir dönüş yeridir.”

Mənbə: Şeyx Səduq, Əl-etiqadat,  Qəza və Qədər barədə etiqad babı

Paylaş:
Baxış sayı: 14611

Digər Məqalələr..

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.