Yer üzü höccətsiz qala bilməz

Yer üzü höccətsiz qala bilməz

Müqəddəs Quranda Allah Təala buyurur:
1.Əslində sən yalnız bir qorxudansan və hər bir dəstə üçün bir doğru yol göstərən vardır(Rədd surəsi,7)
2. Həqiqətən Biz səni haqqla müjdəverici və qorxudan olaraq göndərdik. Elə bir ümmət olmamışdır ki, onların içindən bir qorxudan gəlib-getməmiş olsun.(Fatir surəsi,24)
3. Həqiqətən Biz Öz sözümüzü bir-birinin ardınca və bir-birilə əlaqəli halda onlara yetirdik, bəlkə, öyüd-nəsihət alsınlar.(Qəsəs surəsi,51)
Hədis-rəvayətlərdə:
1.İmam Baqir(ə) Allahın “Sən yalnız qorxudansan və hər bir ümmətin hidayətçisi vardır” ayəsi barədə buyurur: “Allah Rəsulu qorxudandır və hər bir dövrdə bizdən olan bir hidayətçi vardır. Bu hidayətçi Allah Rəsulunun gətirdiyinə doğru ümməti hidayət edir. Peyğəmbərdən sonraki hidayətçilər Əli və bir-birinin ardınca gələn vəsilər və canişinlərdir.”(Əl-Kafi,cild1,səh191,hədis2)
2. Əbu Həmzə imamlardan(ə) nəql edir: Allah göyləri və yeri yaradan gündən Qiyamət gününə qədər dünya, Allahın məxluqat üzərindəki höccəti olmadan qalmaz. (Şeyx Təbəri,Dəlailul-imamət,hədis398)
3. Bureyd İmam Baqirdən(ə) “sən yalnız qorxudansan və hər bir xalqın hidayətçisi var” ayəsinin mənası barədə nəql edir: “Allahın Rəsulu qorxudandır. Əli isə hidayətçidir. Hər bir dövr və zamanda bizdən olan bir imam ümməti Allah Rəsulunun gətirdiklərinə doğru hidayət edir.”(Kəmalud-din,səh667,hədis10)
4. Fuzeyl “hər bir xalqın hidayətçisi vardır”ayəsi haqqında İmam Sadiqdən(ə) nəql edir: “Hər bir İmam öz dövrünün insanlarının hidayətçisidir.”(Əl-Kafi,cild1,səh191,hədis1)
5. Əban ibn Təğlib İmam Sadiqdən(ə) nəql edir: “Höccət yaradılışdan əvvəldir, yaradılışla birlikdədir, yaradılışdan sonradır.” (Şeyx Səduq,Kəmalud-din,22/5)
6. İmam Cəfər Sadiq(ə) “və şübhəsiz öz sözümüzü ardıcıl şəkildə onlara çatdırarıq” ayəsi haqqında buyurur: “Yəni bir imamın ardınca digər bir imamla…”(Bəsairud-dərəcat,səh515,hədis38)
7. “və şübhəsiz öz sözümüzü ardıcıl şəkildə onlara çatdırarıq” ayəsi haqqında İmam Museyi Kazım(ə) buyurur: “Bir imamın ardınca digər imam.”(Əl-Kafi,cild1,səh415/Əl-Mənaqib,cild3,səh96)
8. Harun ibn Həmzə Ğənəvi yazır: Nuhun dövründən bu günə qədər insanlar arasında itaəti əmr olunmuş kimsə vardımı? İmam Cəfər Sadiq(ə) buyurdu: “Daim belə olmuşdur, lakin insanların əksəriyyəti iman gətirmirlər.” (Şeyx Səduq,Kəmalud-din,səh232,hədis37)
9. Əbu Həmzə İmam Baqirdən(ə) nəql edir: “Allaha and olsun ki, Allah Adəmi qəbze ruh etdikdən sonra yeri, insanların Allaha doğru yol tapması üçün vasitə olan imamdan boş qoymamışdır.O. Allahın bəndələrinə ilahi höccətdir və yer Allah bəndələrinə höccət olacaq imamsız qalmaz.” (Əl-Kafi,cild1,səh138,hədis8\İləluş-şəraye,səh197,hədis11)
10. İshaq ibn Əmmar İmam Sadiqdən(ə) nəql edir: “Həqiqətən, müsəlmanlar bir şey artırdıqlarında onları haqqa qaytarsın və bir şey azaldılarsa onlar üçün tamamlasın deyə , yer üzü orada bir alim olmadan boş qalmamışdır.” (Şeyx Səduq,Kəmalud-din,22/6)
11. Huseyn ibn Əbuləla İmam Cəfər Sadiqdən(ə) sual edir: “Yer üzü imamsız ola bilərmi?” İmam buyurdu:”Xeyr!” (Əl-Kafi,cild1,səh178,hədis1)
12. Huseyn ibn Xalid İmam Rzadan(ə) sual edir: “Yer üzü imamsız qala bilərmi?” İmam buyurur:”Xeyr!” (Şeyx Səduq,Kəmalud-din,səh233,hədis42)
13. İmam Cəfər Sadiq(ə) buyurur: “Allah yer üzünü ədalətli bir imamsız qoymaqdan daha uca və alidir.”(Əl-Kafi,cild1,səh178,hədis6)
14. Əmmar ibn Musa Sabati, İmam Cəfər Sadiqdən(ə) nəql edir: “Yer üzü olandan bəri orada haqqdan ölənləri dirildən bir alim höccətsiz boş qalmayıb. Sonra bu ayəni dedi: Onlar Allahın nurunu öz ağızları ilə söndürmək istəyirlər, Allah isə kafirlərin xoşuna gəlməsə də Öz nurunu tamamlayacaqdır.(Saff surəsi,6)”(Şeyx Səduq,Kəmalud-din,22/4)
15. Səfvan ibn Yəhya İmam Rzanın(ə) belə buyurduğunu nəql edir: “Yer, bizdən olan bir imam olmadan boş qalmaz.” (Biharul-ənvar,cild23,səh42,hədis79)
16. Həsən ibn Ziyad İmam Cəfər Sadiqin(ə) belə buyurduğunu nəql edir: “Yer, insanları islah edən və insanların ondan başqa heç bir vasitə ilə islah olunmayacağı bir şəxs olmadan davam etməz.” (İləluş-şəraye,səh196,hədis8)
17. Noman Razi İmam Cəfər Sadiqdən(ə) nəql edir: “Adəmin peyğəmbərliyi sona çatanda və yemək yeməsi kəsiləndə Allah ona vəhy edib buyurdu: Ey Adəm! Peyğəmbərliyin bitmişdir və qidalanmağın kəsilmişdir. Odur ki, elminə, imanına və peyğəmbərlikmirasına, eləcə də elmi əsərlərinə və bildiyin ismi-əzəmə diqqət et. Onları öz nəslindən olan oğlunun yanında, yəni Hibətullahın yanında yadigar qoy. Çünki Mən yer üzünü itaət və dinimi tanıtdıracaq və davamçılarının nicatına səbəb olan bir alimsiz qoymaram.” (İləluş-şəraye,səh195,hədis1)
18. Zurarə və Fuzeyl, hər ikisi bu hədisi İmam Baqirdən(ə) nəql edirlər:”Adəmlə enmiş olan elm bir daha yuxarı qalxmadı və elm irs olaraq mirasa çevrildi. Əli bu ümmətin alimidir və bizim aramzdan heç bir alim öz sülaləsindən özü kimi elmi olan bir canişin qoymadan və ya Allahın istədiyi olmadan vəfat etməmişdir.”(Əl-Kafi,cild1,səh222,hədis2)
19. İmam Sadiq(ə) Peyğəmbərdən(s) nəql edir: “Mənim ümmətimdən olan hər bir nəsildə Əhli Beytimdən olan bir ədalətli şəxs vardır ki, mübaliğəçilərin təhrifi, yalançıların mənimsəməməsi və cahillərin yozumunu bu dindən uzaqlaşdırsın. Həqiqətən sizin imamlarınız Allaha tərəf aparan rəhbərlərinizdir. Elə isə dininizdə və namazınızda kimin arxasınca düşdüyünüzə fikir verin.” (Şeyx Səduq,Kəmalud-din,22/7)
20. Həsən ibn Ziyad İmam Cəfər Sadiqdən(ə) sual edir: “Yer üzü imamsız qala bilərmi?” İmam(ə) buyurur: “Daim yer kürəsində halal-haramı bilən və onun əhalisinin ehtiyaclarını bilən bir alim olmuşdur.” (Əl-Məhasin,cild1,səh366,hədis792)
21. Həsən ibn Ziyad İmam Cəfər Sadiqdən(ə) nəql edir: “Yer onda olan bilikli bir höccətdən boş qalmaz. Əgər o, olmasa yer və insanlar islah olmaz.” (Şeyx Səduq,Kəmalud-din,səh203,hədis7)
22. Həmzə ibn Həmran İmam Cəfər Sadiqin(ə) belə buyurduğunu yazır: “Əgər yer üzündə iki nəfərdən artıq adam olmasa belə, onlardan biri höccət olacaq. Əgər onlardan biri getməli olsa, höccət qalacaq.”(Biharul-ənvar,cild23,səh43,hədis85)
23. Əbu Bəsr İmam Baqirdən(ə) nəql edir: “Allahın kəlamında mövcuddur ki, “ey iman gətirənlər Allaha itaət edin, Elçiyə və sizdən olan əmr sahiblərinə itaət edin”(Nisa surəsi,59), əmr sahibləri, Qiyamət qopanadək Əlinin və Fatimənin övladlarından olan imamlardır.” (Şeyx Səduq,Kəmalud-din,22/8)
24. Həsən ibn Ziyad deyib: “Əbu Abdullaha dedim ki, yer üzü orada imam olmadan boş qala bilərmi?” Buyurdu:”Xeyr, halallarını və haramlarını, habelə nəyə ehtiyac duyduqlarını bilən bir alim olmadan ola bilməz.” (Şeyx Səduq,Kəmalud-din,22/16)
25. Haris ibn Muğeyrə, İmam Cəfər Sadiqin(ə) belə buyurduğunu yazır: “Allah yer üzünü insanların möhtac olduğu bir alimsiz qoymaz, lakin o alimin insanlara ehtiyacı olmaz. O , halal və haramı biləcək. Mən dedim: Sənə fəda olum, hardan biləcək? O buyurdu: Allahın Rəsulundan və Əli ibn Əbu Talibdən irs apararaq bilir.” (Bəsairud-dərəcat,səh327,hədis7\Biharul-Ənvar,cild23,səh40,hədis74)
26. İsa ibn Raşid, Həzrəti Məhəmməd Baqirdən(ə) “nur üstündə nur” kəlməsi barədə dediklərini nəql edir: “Adəmdən Qiyamətə qədər Məhəmməd sülaləsindən olan elm və hikmət nuru ilə təsdiqlənmiş bir imam digər imamın ardınca ənənəvi olaraq davam edər. Bunlar vəsilərdir. Allah onları Özünün yer üzündə canişinləri və yaratdıqlarına höccətləri kimi təyin etmişdir. Yer heç bir zaman onlardan(imamlardan) biri olmadan boş qalmaz.” (Ət-tovhid,səh158,hədis4\Əl-Mənaqib,cild1,səh280)
27. Haris ibn Muğeyrə deyib: Əbu Abdullahın belə dediyini eşitdim:”Həqiqətən yer üzülü halalı, haramı və insanların ehtiyac duyduğunu bilən, insanlara ehtiyacı olmayan bir alimsiz tərk edilməz.” Dedim: Sənə qurban olum, nəyi bilib? Buyurdu: “Allah Rəsulu və Əlidən irs aparaq(bilib).” (Şeyx Səduq,Kəmalud-din,22/15)
28. Yunis ibn Yəqub İmam Cəfər Sadiqdən(ə) nəql edir: “Əgər yer üzündə iki nəfərdən artıq adam qalmasa belə onlardan biri imam olacaq.” (Ğeybəti-Nomani,səh140,hədis5)
29. Kərram İmam Cəfər Sadiqdən(ə) nəql edir: “Əgər yer üzünün əhalisi yalnız iki nəfərdən ibarət olsa , o ikisindən biri hökmən imamdır. Ən son ölən imamdır. Bu ona görədir ki, kimsə Allah qarşısında iddia etməsin ki, Allah onu höccətsiz qoymuşdur.” (İləluş-şəraye,səh196,hədis6/Əl-Kafi,cild1,səh180,hədis3)
30. Huseyn ibn Əbuləla İmam Cəfər Sadiqdən(ə) sual edir:
-Yer üzü imamsız qala bilərmi?
-Xeyr!
-İki imam eyni zamanda ola bilərmi?
-Xeyr, yalnız o zaman olar ki, onlardan biri sakit qalsın.
-İmam özündən sonraki imamı tanıyırmı?
-Bəli
-Qaim imamdırmı?
-Bəli, imamdır, imam oğludur. Onun imaməti öncədən məlum olmuşdur.
(Şeyx Səduq,Kəmalud-din,səh223,hədis17\Dəlailul-imamət,səh437hədis408)
31. Abdullah ibn Suleyman Amiri, İmam Cəfər Sadiqdən(ə) nəql edir : “Nə qədər ki yer var, Allahın orada halal və haramlarını təyin edən və insanları Allah yoluna dəvət edən bir höccəti vardır.” (Əl-Məhasin,cild1,səh368, hədis802)
32. Səfvan ibn Yəhya İmam Musa ibn Cəfərdən(ə) nəql edir: “Allah Adəm vəfat edəndən sonra yer üzünü heç vaxt imamsız qoymayıb. Onun başçılığı ilə Allaha tərəf yol tutulur. O bəndələrə höccətdir. Kim onu tərk etsə həlak olar. Kim onu gərəkli bilsə , nicat tapar. Bu , Allah üzərində bir haqqdır.”(Şeyx Səduq,Kəmalud-din,22/3)
33. Ziyad Əttar İmam Cəfər Sadiqdən(ə) nəql edir: “Yer Allahın höccəti olmadan davam etməz. İnsanların islah olunması onsuz mümkün deyildir. Yeri də ondan başqa heç kəs islah edə bilməz.” (Əl-Məhasin,cild1,səh366,hədis195)
34. Yaqub ibn Şueyb İmam Cəfər Sadiqin(ə) dilindən nəql edir: “Allaha and olsun ki, Allah bu işi tərk etməz. Qiyamət gününə qədər bu işləri idarə edəcək biri var.” (Ğeybəti-Nomani,səh54,hədis6)
35. Əmr ibn Əşəs İmam Cəfər Sadiqdən(ə) nəql edir: “Bizə olan əmri istədiyimiz yerə qoyduğumuzumu düşünürsünüz? Əsla yox! Allah haqqı, o, Allah Rəsulu(s) tərəfindən bir adamdan o biri adama bir əhddir ki, nəticədə öz sahibinə yetişir.” (Şeyx Səduq,Kəmalud-din,22/11)
36. İshaq ibn Əmmar İmam Cəfər Sadiqdən(ə) belə eşitdiyini yazır: “Yer imamsız qalmaz, əgər möminlər bir şey artırsalar, imam onu geri qaytarmalıdır, əgər azaltsalar, imam onu kamilləşdirməlidir.”(Əl-Kafi,cild1,səh178,hədis2)
37. Əban ibn Təğlib İmam Sadiqin(ə) belə buyurduğunu nəql edir: “ Höccət məxluqdan əvvəl olmuşdur, yaradılmışla birgə var, yaradılmışdan sonra da olacaq.” (Bəsariud-dərəcat,səh487,hədis1/Biharul-ənvar,cild23,səh38,hədis66)
38. Əbu İshaq İmam Əli ibn Əbu Talibdən(ə) belə eşidildiyini nəql edir: “Ey İlahi, Sən yeri yaratdıqların üçün höccətsiz qoymazsan.” (Ğeybəti Nomani,səh137,hədis2)
39. Məhəmməd ibn Muslim İmam Baqirin(ə) belə buyurduğunu nəql edir: “Həqiqətən , Əli bu ümmətin alimidir. Elm isə miras olaraq alınır. Əhli Beytindən onun elminin mislini və ya Allahın istədiyini bilən birini qoymadan bizdən heç kəs həlak olan deyil.”(Şeyx Səduq,Kəmalud-din,22/13)
40. Fuzeyl ibn Yəsar İmam Baqir(ə) və İmam Sadiqdən(ə) belə eşitdiyini yazır: “Həqiqətən Adəm ilə birlikdə endirilən elm bir daha yuxarı qaldırılmayıb. Elm miras olaraq alınır. Elmdən, rəsulların və peyğəmbərlərin əlamətlərindən olan hər bir şey bu evin əhlindən olmayıbsa , o zaman o, batildir. Əli bu ümmətin alimidir. Doğrusu budur ki, özündən sonra onun elminin mislini və ya Allahın istədiyini bilən birisini xələf təyin etmədən bizdən bir alim ölməyibdir.” (Şeyx Səduq,Kəmalud-din,22/14)

Paylaş:
Baxış sayı: 8016

Digər Məqalələr..

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.