“Nəhcül-Bəlağə” barədə rəy

Bismillahir-rəhmanir-rəhim

Əssəlamu əleykum və rəhmətullahi və bərəkatuh

Xahiş edirik “Nəhcül-Bəlağə” kitabı barədə bir neçə kəlmə deyəsiniz.

Allah Sizi İslam və müsəlmanlar üçün qorusun!

 

Bismillahir-rəhmanir-rəhim

Möminlərin əmiri Əli(ə)-ın sözlərini özündə ehtiva edən bu şərafətli kitab, Allah-təala və həzrət Məhəmməd(s)-in sözündən sonra, kəlamın zirvəsi sayılır. Bu kitabda kainat və onun həqiqətləri barədə dərindən düşünmək üçün fitrət yolunun bəyanı, İslamın əsaslarının və maarifinin açıqlaması, həyat hikmətləri və onun əsaslandığı qanunların izahı, nəfsi islah etməyin yollarının, həmçinin şəriət və ona söykənən hökmlərin dolğun ifadəsi, hakimiyyətin qanunlarının, şərtlərinin və haqlarının xatırlanması, Allah-təalaya həmd-səna və Onun qarşısında dua etməyin üslubunu öyrətmək kimi bir çox bilgilər yer alıb.

Digər tərəfdən bu kitab, İslam tarixinin, xüsusilə həzrət Peyğəmbər(s)-in vəfatından sonra və imam Əli(ə)-ın xilafəti dövründə baş verən hadisələrin gerçək aynasıdır. Kitab İmam(ə)-ın həyatı, əxlaqı, xüsusiyyətləri, elmi və dərin bilgisi barədə mühim tərəfləri əhatə edir. Daha yaxşı olar ki, bütün müsəlmanlar dini işlərini bu kitabdan öyrənib özlərini onunla islah etsinlər. Müsəlmanlar, xüsusilə cavanlar, bu kitabi mütaliə etməyə, onun barəsində dərindən düşünməyə və ondan bir hissəni əzbərləməyə diqqət yetirsələr daha yaxşı olar. Həmçinin İmam(ə)-ı sevdiklərini iddia edənlər və onun zamanında yaşayıb öyüd-nəsihətlərinə qulaq asmağı, istiqamət verməsilə doğru yola yönəlməyi və yolu ilə getməyi arzulayanların həmin kitabda qeyd olunanlara əməl etmələri daha münasibdir. İmam Əli(ə) “Cəməl” döyüşündə buyurub: “Bu döyüşdə elə şəxslər mənim yanımda vardir ki, hələ atalarının belində və analarının rəhmində deyillər.” İmam(ə) bu sözü ilə, onun zəmanəsində yaşayıb əməllərinə iqtida etməyi səmimi niyyətlə arzulayanları nəzərdə tuturdu. Onlar, hər bir şəxs öz imamı ilə həşr olunduğu gün, Allah dostları ilə həşr olunacaq kəslərdir. Çünki onlar, haqq bildiklərinə şəkk-şübhə və tərəddüdə düşmədən əməl edib İmam(ə)-a arzuladıqları kimi gözəl şəkildə bağlanmışlar. Müsəlman hökümət adamlarına İmam(ə)-ın yoluna nə dərəcədə nizam-intizamlı yanaşmalarının aşkar olması üçün onlar həzrət(ə)-ın onların həmkarları haqda bəyan etdiyi vəzifələri yerinə yetirməli, davranış və hərəkətlərində İmam(ə)-ın yolunu davam etdirməli, özlərini onun işçisi və valisi olaraq görməlidirlər.

Uca Allahdan hidayət yoluna tabe olub nəfsi istəklərdən uzaq olmaqda hamının əlindən tutmasını diləyirik. Həqiqətən də, müvəffəq edən Odur!

Əli Hüseyni Sistani

26 Rəcəb 1433 cü h.q. ili

Paylaş:
Baxış sayı: 12327

Digər Məqalələr..

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.