Namazda fikri toplamaq

Namazda fikri toplamaq
Sual: Namazda fikrimi necə toplaya bilərəm?
Cavab: Namazda fikri toplamaq üçün ən yaxşı metod budur ki, namazdan öncə bir qədər böyük Allahın və aləmi yaradanın qarşısında dayandığınızı düşünəsiniz. Onun əzəmət, qüdrət və böyüklüyünü nəzərinizə gətirin. Özünüzü qüdrətli bir hökmdarın qarşısında dayanmış bir bəndə sanın. Təbiidir ki, bu halda tam şəkildə diqqət və təvazökarlıq yaranacaqdır. Namazdan öncə fikri narahatçılığı aradan qaldırıb çalışın ki, bu barədə fikirləşməyəsiniz. Bütün fikrinizi namaza və pərvərdigarın ibadətinə toplayın. Şeytanın vəsvəsələrini dəf etmək üçün “La İlahə illəllah” zikrini çox deyin.
İmam Sadiq (əleyhis-salam) demişdir: “Namaz qılmaq istəyərkən dünyanı və dünyada olanları unut. Dünya camaatını yadından çıxart və ürəyindən səni Allahdan ayıran hər şeyi çıxar.” Bir hədisdə nəql olunur ki, Həzrət Peyğəmbər (sallallahu əleyhi və alih) belə dedi: “Elə bir insan kimi namaz qıl ki, sonuncu namazını qıldığını güman edir. Namaz qılmaq istəyərkən öz-özünə de ki, bu dünyada qılacağım sonuncu namazdır. Elə ol ki, sanki Cənnət qarşında, Cəhənnəm isə ayaqlarının altındadır. Əzrail arxanda, mələklər sol tərəfindədir. Allah yuxarıdan sənin halından xəbərdardır. O zaman anla ki, kimin qarşında dayanmısan və kimə minacat edirsən və sənə kim baxır.”
Paylaş:
Baxış sayı: 12992

Digər Məqalələr..

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.