Alqı-satqı hökmləri

Alqı-satqı hökmləri

Sual: Kreditlə avtomobil almağın hökmü barədə soruşmaq istəyirəm. Bir çox avtomobil şirkətləri və ya kreditlə yeni və işlənmiş avtomobil satışı ilə məşğul olan yerli distribüterlər var. Müştəri kreditlə avtomobil almaq üçün müraciət etdikdə bu şirkətlər və ya distribüterlər onlara maliyyə borcu verən təşkilatlara sənədlər təqdim edirlər. Borc verən təşkilatlar miqdarından və müddətindən asılı olaraq verilən borca görə müəyyən faiz nisbətində qazanc götürən bank və kredit verən maliyyə təşkilatları (Credit Unions) olur. Qarşı tərəfə (müştəriyə), müəyyən olunmuş müddətdə borcu ödəmədiyi təqdirdə, bəzi cərimələr tətbiq olunur. Kredit verən təşkilatın əldə etdiyi qazancı müraciət edən şəxsin maddi durumu, gəliri, ödəmə qaiməsinə əməl etməsi kimi bir neçə əhəmiyyətli cəhətlərə əsaslanır. Ümumiyyətlə, bir şəxsdən əldə olunan qazancın faiz nisbəti onun sabit gəlirinə görə 5%, 4% və ya 3,75 nisbətində hesablanır. Bu yolla avtomobil almaq halaldır yoxsa haram? Əvvəlcədən təşəkkür edirəm.

Cavab: Əgər borc verən tərəfin məqsədi şirkətindən müəyyən avtomobili satın alıb sonra isə əldə edəcəyi gəliri ümumi qiymətdən hesab edərək kreditlə satmaqdırsa, bu işin heç bir maneəsi yoxdur. Bəli, ödəmə gecikdikdə cərimə tətbiq etmək icazəli deyil. Əgər şirkət sahibləri avtomobili birbaşa müştəriyə satsa, lakin qiymət borc verən təşkilata ödənilsə və onlar da öz növbəsində müştəridən müəyyən faiz nisbətində gəlir götürərsə, haramdır.

Sual: Dövlət qeydiyyat qanunlarını pozduqları üçün bəzi vətəndaşların mülkiyyətində olan motosiklet və avtomobil kimi texno avadanlıqları müsadirə edir. Müəyyən zaman keçdikdən sonra isə müsadirə olunmuş texno avadanlıqları hərraca çıxardaraq satışını təşkil edir. Həmin əmlakın sahibinin razılığı olmadan onları almağın hökmü nədir?

Cavab: Əgər alış-veriş həmin əmlakın şəriət baxımından qanuni sahibi ilə dövlət arasında bağlanmış aşkar və ya gizli müqavilə əsasında olarsa, belə ki, gömrükdə toplanıb qalmış əmlakın sahibləri müəyyən olunmuş müddətdə öz əmlaklarını aparmayacaqları təqdirdə həmin əmlakın dövlət tərəfindən satışa çıxarılacağı barədə müqavilə şərti olarsa, alış-veriş doğrudur. Əks təqdirdə isə, alış-veriş üçün əmlakın əsil sahibinə müraciət etmək vacibdir.

Sual: Parçanı çəki ilə alıb dirsəklə (bir dirsək 46,5 sm) satmaq olarmı? Yaxud meyvəni çəki ilə alıb ədədlə satmaq olarmı?

Cavab: Əgər topdan alışı çəki ilə alınması və pərakəndə satış zamanı isə ölçü və ya ədədlə satılması qəbul olunmuş ümumi qaydaya əsaslanırsa, icazəlidir.

Paylaş:
Baxış sayı: 13142

Digər Məqalələr..

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.