Bayram namazı

Bayram namazı barəsində qısa şəri məlumat və fərdi qılanlar üçün asan qılınma qaydası.

İmamın (ə) hazır olduğu bir zamanda bütün şərtlər cəm olduğu halda bu namazın qılınması vacibdir. Amma İmamın (ə) ğeybəti dövründə bu namazın həm cəm şəkildə, həm də fərdi şəkildə qılınması müstəhəbbdir. Belə olan halda (cəm halda qılınanda) bu namazda cümə namazında mötəbər olan camaatın sayı, iki namazın uzaqlığı və bu kimi sair şərtlər mötəbər sayılmaz.
Qılınma qaydası;

2 rükətdir:

1ci rükət:
1- Həmd və Surə (hər hansı bir surə) de.

2- Sonra beş təkbir de və hər təkbir arasında qunut tut:
1)Əllahu Əkbər
Qunut
2)Əllahu Əkbər
Qunut
3)Əllahu Əkbər
Qunut
4)Əllahu Əkbər
Qunut
5)Əllahu Əkbər

3-Sonra rükudan əvvəlki müstəhəbb olan təkbiri de və rukuya get.

4- Sonra səcdələri et.

5- Sonra qalx ikinci rükətə başla.

2ci rükət
1- Həmd və Surə (hər hansı bir surə) de.

2- Sonra dörd təkbir de və hər təkbir arasında qunut tut:
1)Əllahu Əkbər
Qunut
2)Əllahu Əkbər
Qunut
3)Əllahu Əkbər
Qunut
4)Əllahu Əkbər

3- Sonra rükudan əvvəlki müstəhəbb olan təkbiri de və rukuya get.

4- Sonra səcdələri et.

5- Sonra təşəhhüd de.

6- Sonra salamları deyib namazı tamamla.
Namazın qılınma vaxtı gün çıxandan zöhrə qədərdir.
Bu namazda Azan və İqamə yoxdur. Üç dəfə “əs-Səlat” demək müstəhəbbdir.
Qnutda hər hansı bir dua oxunsa kifayət edər.

Bu duanı oxumağın savabı vardır:

 

Əllahummə əhləl-kibriyai vəl-əzəmə və əhləl-cudi vəl-cəbəruti və əhləl-əfvi vər-rəhməti və əhlət-təqva vəl-məğfirəti əsəlukə bihəqqi hazəl-yəvmilləzi cəəltəhu lil-musliminə əydən vəlimuhəmmədin səlləllahu ələyhi və alihi zuxrən və şərəfən və kəramətən və məzidən ən tusəlli əla muhəmmədin və ali) muhəmmədin və ən tudxiləni fi kulli xəyrin ədxəltə fihi muhəmmədən və alə muhəmmədin və ən tuxricəni min kulli suin əxrəctə minhu muhəmmədən və alə muhəmmədin sələvatukə ələyi və ələyhim əllahummə inni əsəlukə xəyrə ma səələkə bihi ibadukəs-salihunə və əuzu bikə mimməstəazə minhu ibadukəl-muxləsun.

Mənbə: “Minhacus-Salihin, cild 1, səh. 290, 291, Seyyid Əli Sistani”.

Paylaş:
Baxış sayı: 13126

Digər Məqalələr..

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.