İMAM HUSEYN(ə) bilərək özünü təhlükəyə atdımı?!

İMAM HUSEYN(ə) bilərək özünü təhlükəyə atdımı?!

Kimsə belə bir sual verə bilər: Quranda “Bəqərə” surəsinin 195-ci ayəsində qeyd edilir ki, öz əlinizlə özünüzü təhlükəyə atmayın. Axı İmam Hüseyn məsələnin nəticəsini bilə-bilə özünü ölümə – təhlükəyə atmadımı? Bunu necə izah edə bilərsiniz? Bu suala cavab vermək üçün “təhlükə” sözünün həqiqi anlamı açıqlanmalıdır. Təhlükənin nə olması aydın olsa, məsələ həll olunacaq. Qısaca onu deyək ki, bir gün döyüşlərin birində bir nəfər düşmənə hücum çəkdi. Müsəlmanlar dedilər ki, la ilahə illəllah, o özünü təhlükəyə atdı. Bunu eşidən Əbu Əyyub Ənsari cavab verdi ki, onun şəhid olmaq istəyini siz bu ayəyə tətbiq edirsinizmi? Əbu Əyyub danışdı ki, bir vaxt onlar gecə-gündüz Allah Rəsuluna kömək göstərir və hər bir şeylərindən əl çəkmişdilər. Sonra onların vəziyyəti acınacaqlı hala düşdü. Buna görə də qərara gəldilər ki, Allah Rəsulundan əl çəkib, maddi durumlarına diqqət ayırsınlar. Bu ayə nazil oldu ki, öz əlinizlə özünüzü təhlükəyə atmayın. Yəni, Peyğəmbəri tək qoyub, gedib evinizdə otursanız, özünüzü bədbəxtliyə və həlakətə sürüyəcəksiniz. Nəticədə Allah sizə qəzəblənəcək. Bu ayə məhz onların etdiklərinə görə nazil olmuşdu. Bu ayə düşmənə hücum çəkib, dostlarını da təşviq edən, şəhid olmaq və axirət savabına çatmaq naminə Allah yolunda cihad edən şəxs barədə nazil olmayıb. Nəticə: Təhlükə hədəfə olmasına görə təyin edilir. Əgər hədəf düzdürsə, bu təhlükə deyil. Allahın haqq yolundan boyun qaçırıb, asudə şəkildə tağut və batilə boyun əymək təhlükədir. Zahirdə faciə görünən hadisə, əslində nicat və qurtuluş, azadlıqdır. Fərarilik və zillət isə xarlıq və təhlükədir. İmam Hüseyn qurtuluşa çatdı. Onu köməksiz qoyub, evdə oturanlar, yaxud bitərəf qalanlar, yaxud onunla savaşanlar Quran ayəsinə əsasən, özünü təhlükəyə atdılar. İlahi qəzəb və əzab təhlükəsinə!

Müəllif: Fərid Abdullah

Paylaş:
Baxış sayı: 11893

Digər Məqalələr..

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.