Zühurun şəkli

Zühurun şəkli

1.İmam Cəfər Sadiq (ə) buyurub: “Şiələrin cavanları evlərində yatdıqları halda, əvvəlcədən xəbər verilmədən bir gecə içində dəstə-dəstə İmam Mehdinin (ə.f) hüzuruna aparılacaqlar. Səhər çağı hamı İmam Mehdinin (ə.f) ətrafında toplanacaq.” (Ğeybəti-Nomani,səh 316)
2. İmam Baqir (ə) buyurur: “İmam Mehdinin (ə.c) şiələri və dostları dünyanın hər bir yerindən ona tərəf hərəkət edəcəklər. Belə ki, Yer kürəsi onların ayaqları altında yığılacaq (kiçiləcək) və teyyul ərz vasitəsilə İmam Zamana (ə.c) çatıb onunla beyət edəcəklər.” (Rəvzətul-Vaizin,cild2,səh263)
3. Ziyad ibn Münzir nəql edir: İmam Muhamməd Baqir (ə) buyurub:
“Qaim (İmam Mehdi) zühur etdiyi zaman Allah Rəsulunun (s) bayrağı, Süleymanın (ə) üzüyü, Musanın (ə) daşı və əsası ilə zühur edəcək. Sonra öz carçisina əmr edəcək ki, səslənib belə desin: Agah olun, heç biriniz nə yemək, nə su, nə də (miniyi üçün) ot götürməsin. Əshabı deyəcək: O bizi və heyvanlarımızı aclıqdan və susuzluqdan öldürmək istəyir. O yola düşəcək və əshabı da onunla birgə gələcəklər. Dayandıqları ilk yerdə (əsanı) daşa vuracaq və ondan yemək, su və ot çıxacaq. Bundan sonra onlar yeyəcək, içəcəklər və həmçinin, heyvanları da (yeyəcək). Nəhayət gəlib Kufənin arxasında Nəcəfə çatacaqlar.” (Ğeybəti-Nomani, səh244,hədis28)
4. Müfəzzəl ibn Ömər İmam Sadiqdən (ə) belə nəql edir:
“Allah-taala zühur etməsi üçün izn verəcəyi zaman, Qaim (ə) minbərə çıxıb camaatı özünə tərəf dəvət edəcək və onları Allaha and içdirəcək. İmam onların arasında Allah Rəsulu (s) kimi hərəkət edəcək (davranacaq). Həmin anda Cəbrail (ə) Hicri-İsmailin yanında o Həzrətin yanına gələcək və camaatı necə dəvət edəcəyini soruşacaq. İmam (öz) dəvətini ona söylədikdə (Cəbrail): “əlini ver sənə beyət edim” – deyərək o Həzrətə beyət edəcək. Üç yüz on nəfərdən çox insan İmama beyət edəcək. Qaim (ə) Məkkədə qalacaq və köməkçilərinin sayı on min nəfərə çatdıqda Mədinəyə tərəf yola çıxacaq”. (əl-İrşad,səh 538-539)
5.İmam Baqir(ə) buyurdu: “Qaim (ə.) ətrafında Bədr döyüşündəki mücahidlərin sayı qədər olan 313 nəfərlə birlikdə Zi- tuva dağının uca zirvələrindən aşağı enəcək. Beləliklə də “Həcərül-əsvəd”ə (Kəbə evinə bərkidilmiş qara daşa) söykənərək qələbə bayrağını dalğalandıracaq”. (“İsbatul-Hudat”, 3/547, r.541)
6.Saleh ibn Əqəbə İmam Sadiqin(ə) “Nəml” surəsinin 62-cı ayəsi haqda: (“Yaxud əli hər yerdən üzülüb darda qalan birisi Ona dua etdiyi zaman onun duasını qəbul buyuran, şəri sovuşduran, sizi yer üzünün varisləri edən kimsə?”) belə buyurduğunu nəql edir: “Ayə Muhəmməd (s.ə.a.s.) övladlarının Qaimi(ə) haqqında nazil olmuşdur. O, “İbrahim məqamı”nda iki rəkət namaz qılaraq Allah-taalanı səsləyəcək. Allah onun duasını qəbul edərək narahatlığını aradan qaldıracaq və onu yer üzündə Özünün canişini qərar verəcək”. (“İsbatul-Hudat”, 3/553, r.576)
7.Müfəzzəl ibn Ömər İmam Sadiqdən(ə) rəvayət edir: “Bizim Qaimimiz (ə) Kəbəyə söykənəcək və deyəcək: “Ey insanlar, agah olun! Hər kəs Adəmi (ə.) və onun canişini Şeysi (ə.) görmək istəyirsə, mən həmin Adəm (ə.) və Şeysəm (ə.). Hər kəs Nuhu (ə.) və oğlu Samı görmək istəyirsə, mən Nuh (ə.) və Samam. Hər kəs İbrahim (ə.) və İsmayili (ə.) görmək istəyirsə, mən həmin İbrahim və İsmayılam (ə.). Hər kəs Musa (ə.) və Yuşəni görmək istəyirsə, mən Musa (ə.) və Yuşənəm. Hər kəs İsa (ə.) və Şəmunu görmək istəyirsə, mən İsa (ə.) və Şəmunam. Hər kəs Muhəmməd (s.) və Əlini (ə.) görmək istəyirsə, mən Muhəmməd (s.) və Əliyəm (ə.). Hər kəs Həsən (ə.) və Huseyni (ə.) görmək istəyirsə, mən Həsən (ə.) və Huseynəm (ə.). Hər kəs Huseyn (ə.) övladları olan imamları görmək istəyirsə, mən həmin imamlaram. Dəvətimi qəbul edin! Mən sizin xəbərdar olduğunuz və qulaqardına vurduğunuz, həmçinin, xəbərdar olmadığınız şeyləri sizə xəbər verirəm. Hər kəs səmavi kitablar və səhifələrlə maraqlanırsa, mənə qulaq assın”. Bundan sonra Həzrət (ə.f.), Adəm (ə.) və Şeysə (ə.) göndərilən səhifələri oxumağa başlayacaq. Bu vaxt həmin ümmət deyəcək: “Allaha and olsun ki, bu həmin səhifələrdir. O, xəbərdar olmadığımız şeyləri bizə göstərdi. Onun söylədikləri, heç bir şey artırılıb-azaldılmadan, təhrif olunmadan elə səhifələrin özü idi”. Sonra Nuh (ə.) və İbrahimin (ə.) səhifələrini və həmçinin, Tövrat, Zəbur və İncili oxuyacaq. Bu zaman İncil, Tövrat və Zəbura etiqadlı olanlar deyəcəklər: “Allaha and olsun ki, bu elə Nuhun (ə.) və İbrahimin (ə.) səhifələridir, ondan heç bir şey əskilməyib, dəyişdirilməmiş Tövrat, Zəbur və İncildir. Burada deyilənlərin bəzisi haqda heç bizim xəbərimiz belə yoxdur”. Bundan sonra həzrət Quranı oxumağa başlayacaq. Bu zaman müsəlmanlar deyəcək: “Allaha and olsun ki, bu elə Allahın Muhəmmədə (s.) nazil etdiyi Qurandır. Ondan nə bir şey azaldılıb, nə də ona bir şey artırılıb”. (“Biharul-Ənvar”, 53/9-10, b.25)

Paylaş:
Baxış sayı: 10969

Digər Məqalələr..

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.