Bədəndə olan ağrı və xəstəliklər üçün dua

Bədəndə olan ağrı və xəstəliklər üçün dua

Seyid ibni Tavus “Muhcud-dəəvat” kitabında Səid ibni Əbilfəth Qumidən nəql etmişdir ki, o dedi: “Mən ağır bir xəstəliyə düçar oldum. Həkimlər onu əlac etməkdən aciz qaldılar. Atam məni xəstəxanaya aparıb, (məsihi olan) yüksək mütəxəssis həkimləri bir yerə yığdı. Onlar məni müayinə etdikdən sonra dedilər ki, bunu Allahdan başqa heç kim müalicə edə bilməz.
Bu sözdən sonra çox narahat oldum, atamın kitablarından birini götürüb oxumağa başladım. Həmin kitabın arxasında İmam Sadiqin (ə) Peyğəmbəri-Əkrəmdən (s) belə buyurduğunu gördüm: “Hər kim hansısa bir xəstəliyə tutulsa, sübh namazından sonra qırx dəfə:

 

بِسْمِ اللهِ الرَّحْمَانِ الرَّحيمِ، اَلْحَمُدللهِِ رَبِّ الْعَالَمينَ، حَسْبُنَا اللهُ وَ نِعْمَ الْوَكيلُ، تَبَارَكَ اللهُ اَحْسَنُ الْخَالِقينَ، وَلا حَوْلَ وَلاقُوَّةَ اِلاََّ بِاللهِ الْعَلِيِ الْعَظيمِ
يَا مَنْ كَبَسَ الاَرْضَ عَلَي الْمَاءِ، وَ سَدَّ الْهَوَاءَ بِالسَّمآءِ، وَاخْتَارَ لِنَفْسِهِ اَحْسَنَ الاَسْمَاءِ، صَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ، وَافْعَلْ بي كَذَا وَ كَذَا وَ ارْزُقْني وَ عَافِني مِنْ كَذَا وَ كَذَا

 

Bismillahir rəhmanir rəhim, əlhəmdu lillahi rəbbil aləmin, həsbunəllahu və ne`məl vəkil, təbarəkəllahu əhsənul xaliqin, və la həvlə və la quvvətə illa billahil əliyyil əzim.
Ya mən kəbəsəl ərzə ələl ma, və səddəl həvaə bis səmai vəxtarə linəfsihi əhsənəl əsma, səlli əla Muhəmmədin və ali Muhəmməd, vəf`əl bi kəza və kəza, vərzuqni və afini min kəza və kəza

Bağışlayan və mehriban Allahın adı ilə! Həmd aləmlərin Rəbbi olan Allaha məxsusdur. Allah bizə bəs edər. O, nə gözəl vəkildir! Məxluqatı gözəl biçimdə yaradan Allah böyükdür! Uca və böyük Allahdan başqa güc və qüdrət yoxdur.
deyib, əlini bədəninin ağrılıq hiss etdiyi yerə çəksə, Allah taala ona şəfa verər və tezliklə sağalar. Buna görə də mən sübh namazını qıldıqdan sonra, bu duanı qırx dəfə oxuyub, əlimi ağrı olan yerə çəkdim. Ondan sonra Allah taala həmin xəstəliyi məndən dəf etdi.
Mən oturmuşdum, həmin xəstəliyin qayıdacağından qorxurdum və üç gün həmin minvalla gözlədikdən sonra, atamı hadisədən xəbərdar etdim. Atam Allaha şükr edib, bunu məni müayinə edən bəzi həmiklərə xəbər verdi. Həmin həkimlər gəlib, mənim sağaldığımı gördükdə, kəlmeyi-şəhadəti dedilər və müsəlman oldular.
Şeyx Kəfəmi özünün “Misbah” kitabında deyir: “Hər kim bir dərdə, xəstəliyə düçar olsa, əlini səcdə etdiyi yerə – alnına çəkdikdən sonra dərd olan yerə sürtsün və hər vacibi namazdan sonra yeddi dəfə desin:
Ey yeri suya batıran, havanı səmaya bağlayan və ən yaxşı adları Özü üçün seçən! Məhəmməd və Məhəmmədin Əhli-beytinə salam yetir, mənim barəmdə filan işləri yerinə yetir, mənə ruzi və sağlamlıq əta et!

Paylaş:
Baxış sayı: 15478

Digər Məqalələr..

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.