Namazla bağlı şəkklər
Namazla bağlı şəkklər
Sual: Müstəhəb və ehtiyat namazlarında şəkk etmək, namazı batil edərmi?
Cavab: Xeyr, batil etməz.
Sual: Camaat namazında imamın rəkətlərin sayını bildiyi halda, məmumun rəkətlərin sayında şəkk etməsi, namazı batil edərmi?
Cavab: Xeyr, batil etməz.
Sual: Camaat namazında məmumun rəkətlərin sayını bildiyi halda, imamın rəkətlərin sayında şəkk etməsi, namazı batil edərmi?
Cavab: Xeyr, batil etməz.
Sual: Çox şəkk edən şəxsin şəkki mötəbərdirmi?
Cavab: Çox şəkk edən şəxsin (kəsiruş-şəkk) şəkkinə etina edilməz.
Sual: Namazın vaxtı keçdikdən sonra şəkk etmək namazı batil edərmi?
Cavab: Xeyr, batil etməz və bu halda, şəkkə etina olunmaz.
Sual: Namazın salamından sonra şəkk etmək, namazı batil edərmi?
Cavab: Xeyr, namaz düzgündür və bu halda, şəkkə etina olunmaz.
Sual: Vaxtı keçmiş bir əməldə, məsələn, rukuda Fatihəni oxuyub-oxumadığına şəkk edən şəxsin namazı batil olarmı?
Cavab: Xeyr, namaz batil olmaz və bu şəkk, etina olunmayan şəklərdəndir.
Sual: Namazda üç ilə altı, yaxud üç ilə altıdan daha çox rəkət arasında şəkk edən şəxsin namazı batil olarmı?
Cavab: Bəli, batil olar.
Sual: Namazda iki ilə beş, yaxud iki ilə beşdən daha çox rəkət arasında şəkk edən şəxsin namazı batil olarmı?
Cavab: Bəli, batil olar.
Sual: Dörd rəkətli namazda ikinci səcdəyə getməmişdən əvvəl, iki rəkət yoxsa daha çox qıldığında şəkk edən şəxsin namazı batil olarmı?
Cavab: Bəli, batil olar.
Sual: Dörd rəkətli namazda bir rəkət, yoxsa daha çox qıldığına şəkk edən şəxsin namazı batil olarmı?
Cavab: Bəli, batil olar.
Sual: Sübh namazı və müsafir namazı kimi iki rəkət qılınan namazların rəkətlərinin sayında şəkk etmək, namazı batil edərmi?
Cavab: Bəli, batil edər. Lakin iki rəkət qılınan müstəhəb və ehtiyat namazlarının rəkətlərinin sayında şəkk etmək, namazı batil etməz.
Sual: Üç rəkətli namazın rəkətlərinin sayında şəkk etmək, namazı batil edərmi?
Cavab: Bəli, batil edər.