Çətinliyə düşən zaman qılınan namaz

Çətinliyə düşən zaman qılınan namaz

Dörd rükət namaz qıl və namazın qunutunu və rüknlərini layiqincə yerinə yetir. Namazın birinci rükətində bir dəfə “Həmd” surəsini və yeddi dəfə “Həsbunəllahu və ni`məl vəkil” sözlərini oxu. İkinci rükətdə bir dəfə “Həmd” surəsini və yeddi dəfə “Ma şaəllah, la quvvətə illa billah, in tərəni ənə əqəllə minkə malən və vələda” ayəsini oxu. Üçüncü rükətdə bir dəfə “Həmd” surəsini və yeddi dəfə “La ilahə illa əntə subhanəkə inni kuntu minəz zalimin” ayəsini oxu. Sonuncu dördüncü rükətdə isə bir dəfə “Həmd” surəsini və yeddi dəfə “Ufəvvizu əmri iləllah, innəllahə bəsirun bil ibad” ayəsini oxu. Sonra öz hacətini istə!

isnad: Məfatihul Cinan , Şeyx Abbas Qummi

Paylaş:
Baxış sayı: 13243

Digər Məqalələr..

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.