Təyəmmümün hökmləri
Təyəmmümün hökmləri
Sual: İnsan dəstəmaz və yaxud qüslə yetəcək miqdarda su tapa bilməsə, nə etməlidir?
Cavab: Təyəmmüm etməlidir.
Sual: Çöldə çadırlarda tərəkəmə həyatı yaşayan şəxs, nə zamana qədər su axtarmalıdır?
Cavab: Suyu tapacağına ümidini üzənə qədər su axtarmalıdır.
Sual: İnsanın su olmadığı təqdirdə, şəxsən özünün su axtarması vacibdirmi?
Cavab: İnsanın şəxsən özünün su axtarması, vacib deyil. Suyu axtaran və etimad edilən bir şəxsin sözü ilə kifayətlənə bilər.
Sual: İnsan, səfər yükünün içərisində, evdə və yaxud qafilədə suyun olduğunu ehtimal verərsə, nə etməlidir?
Cavab: Suyun olmadığından əmin olana və yaxud tapacağına ümidini üzənə qədər axtarmalıdır.
Sual: Əgər insan səfər əşyasının içərisində, evdə və yaxud qafilədə su olduğuna ehtimal versə və əvvəldən su olmadığını bilib sonradan suyun ola biləcəyinə ehtimal verərsə, nə etməlidir?
Cavab: Bu halda, axtarması lazım deyildir.
Sual: İnsan namaz vaxtı daxil olmamışdan əvvəl su axtararsa, lakin tapmasa və namaz vaxtı daxil olana qədər orada qalarsa və su tapacağına da ehtimal verərsə, nə etməlidir?
Cavab: Su tapmaq üçün yenidən getməsi müstəhəbdir.
Sual: Namaz vaxtı dar, yaxud oğru və yırtıcı heyvan qorxusu, ya da insanın suyu əldə etməsi adətən dözülməz dərəcədə çətin olarsa, nə etmək lazımdır?
Cavab: Axtarmaq vacib deyildir.
Sual: İnsan namaz vaxtının dar olana qədər su axtarmağa getməsə, halbuki, getsə idi su tapardı, bu şəkildə təyəmmüm edib namaz qılarsa, namazı düzgündürmü?
Cavab: Bu halda, o, günah etmiş olar, lakin təyəmmümlə qıldığı namaz düzgündür.
Sual: İnsan su tapa bilməyəcəyindən əmin olub su axtarmasa və təyəmmüm edib namaz qılsa, lakin namazdan sonra axtardığı təqdirdə, su tapacağını anlayarsa, namazı düzgündürmü?
Cavab: Ehtiyata əsasən, dəstəmaz alıb, namazı yenidən qılmalıdır.
Sual: Su axtarıb tapmayan, tapmağa ümidi də qalmasa və təyəmmüm edib namaz qıldıqdan sonra axtardığı yerdə suyun olduğunu anlayan şəxsin namazı düzgündürmü?
Cavab: Qıldığı namaz düzgündür.
Sual: Namaz vaxtının dar olduğuna inanıb su axtarmadan təyəmmümlə namazımı qıldım, lakin namazdan sonra vaxt qurtarmadan su axtarmaq üçün vaxtın olduğunu anladım. İndi vəzifəm nədir?
Cavab: Vacib ehtiyata əsasən, namazı yenidən qılmalısınız.
Soru: Yalnızca abdest veya guslüne yetecek kadar suyu olan kimse onu döktüğünde su bulamayacağını bilirse ve namaz vakti de girmişse, suyu dökebilir mi?
Sual: Yalnız dəstəmaz və yaxud qüsl almağa çatacaq miqdarda suyu olan şəxs, onu yerə tökdüyündə su tapa bilməyəcəyini bilsə və namaz vaxtı da daxil olubsa, həmin suyu yerə tökə bilərmi?
Cavab: Bu halda, suyu yerə tökməsi haramdır. Hətta vacib ehtiyata əsasən, namaz vaxtı daxil olmadan öncə də, suyu yerə tökməməlidir.
Sual: Qocalıq üzündən su əldə edə bilməyən şəxsin vəzifəsi nədir?
Cavab: Təyəmmüm etməlidir.
Sual: Quyudan su çəkib çıxarmaq üçün lazım olan alətlər olmasa, təyəmmüm edib namaz qıla bilərikmi?
Cavab: Bəli, təyəmmüm edib namaz qıla bilərsiniz.
Sual: Bir şəxs, minnət etmədən su hədiyyə edərsə, nə etməliyəm?
Cavab: Qəbul etməlisiniz.