Mömin qardaşının ehtiyacını ödəməyənin cəzası

Mömin qardaşının ehtiyacını ödəməyənin cəzası

1. “Müsəlman qardaşının ehtiyacını ödəməyə çalışan, amma bu işi ixlasla etməyən kəs, ALLAH və Onun peyğəmbərinə(s.ə.a.s.) xəyanət etmiş kimidir. ALLAH da onun düşməni olacaqdır”. İMAM CƏFƏR SADİQ(ə)

2. İMAM CƏFƏR SADİQ(ə) buyurur: “Bizim dostlarımızdan, müsəlman qardaşının ehtiyacının ödənilməsində tam səy göstərməyən kəs, həqiqətən ALLAHA, Onun rəsuluna(s.ə.a.s.) və möminlərə xəyanət etmişdir”. Soruşdular: – möminlər dedikdə kimləri nəzərdə tutursunuz? Ağa(ə) buyurdu: “Əmirəl-möminindən(ə) başlayaraq onların sonuncusunadək olan imamları”.

3. “Hər hansı bir şiənin yanna mömin qardaşı gəlib ondan yardım istəsə və onun da qüdrəti olduğu halda ona kömək etməsə, ALLAH TƏALA onu bizim düşmənlərimizin ehtiyaclarını ödəməyə məcbur edər və bu işinə görə onu Qiyamət günündə cəzalandırar”. İMAM CƏFƏR SADİQ (ə)

4. “Müsəlman qardaşına kömək etməkdə paxıllıq edən şəxs, yardım edilməsi günah olan və əvəzində də savabı olmayan işi görən bir şəxsə kömək etməyə məcbur olar”. İMAM CƏFƏR SADİQ(ə)

5. “Mömin insanın bir şeyə ehtiyacı olduğu surətdə ona verməsə, yaxud digərinin vasitəsilə o ehtiyacı ödəyə bildiyi halda ödəməsə , ALLAH TƏALA onu Qiyamət günü üzüqara, gözü göy və əlləri bağlanmış halda gətirər və ona deyilər: ALLAHA və Peyğəmbərinə(s.ə.a.s.) xəyanət edən şəxs budur. Sonra o Cəhənnəmə atılar”. İMAM CƏFƏR SADİQ(ə)

Şeyx Səduq(r.ə.) , Səvabul-əmal və iqabul-əmal, 945 , 986 , 987 , 988 , 989cu hədislər

Paylaş:
Baxış sayı: 13087

Digər Məqalələr..

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.