Şiənin fəzilət və xüsusiyyətləri

Şiənin fəzilət və xüsusiyyətləri

İbn Ömər, Həzrəti Peyğəmbərin(s.ə.a.s.) yanında olarkən Möminlərin Əmiri(ə) haqqında sual verilən verilən zaman o Həzrətin narahat olduğunu və belə buyurduğunu nəql edir:
“Niyə insanlar məndən Allah yanında məqamı mənim məqamıma bərabər olan şəxs haqqında soruşurlar?! Kim Əlini(ə) sevsə məni sevmiş olur və kim məni sevsə, Allahın razılığı onun üzərindədir. Allahın razı olduğu kəs Cənnətlə mükafatlandırılacaq.
Bilin və agah olun! Əlini(ə) sevən kəs, Kovsər hovuzundan içməmiş və Tuba ağacındadn yeməmiş bu dünyanı tərk etməyəcəkdir. Həmin şəxs Cənnətdə öz yerini görmədən bu dünyadan köçməyəcəkdir. Əlini(ə) sevən kəslərin namazları, orucları, gecələri oyaq qalmaqları qəbul olunacaq və o, öz dualarına cavab alacaqdır.
Bilin və agah olun! Mələklər Əlini(ə) sevən kəsin günahlarının bağışlanmas üçün dua edəcəklər. Cənnətin səkkiz qapısı onun üçün açılar və o, hansı qapıdan istəsə daxil olar. Əlini(ə) sevən kəsin hesab kitabı sağ əlinə verilər və peyğəmbərlər(ə) kimi sorğu-sual olunacaq.
Bilin və agah olun! Allah Əlini(ə) sevən kəsin ölümünü asanlaşdıracaq və onun qəbrini Cənnət bağlarından bir bağa çevirəcək. Allah Əlini(ə) sevən kəsə bədənindəki damarların sayı qədər Cənnət hurisi bəxş edəcək və öz ailəsindən səksən nəfərə şəfaət etmək imkanı verəcək. Allah Əlini(ə) sevən kəs üçün ölüm mələyini peyğəmbərlərə(ə) göndərdiyi tərzdə göndərəcək. Allah onu Nəkir və Munkərin qorxulu sorğu-sualından azad edəcək, üzünü ağ edib nurlandıracaq və o, şəhidlər ağası olan Həmzəylə birlikdə olacaq.
Bilin və agah olun! Allah Əlini(ə) sevən kəsin qəlbinə elm və hikmət nazil edər, dili həqiqəti danışmaqla mehribanlıqla açılar və rəhmət qapılarını onun üzünə açar.
Bilin və agah olun! Bu cür insan “Allahın yerdə və göydə olan məhəbbət kəməndinin əsiri” adlanar.
Bilin və agah olun! Mələk Ərşin altından Əlini(ə) sevən kəsə deyəcək: “Ey Allahın qulu! Əməlinə yenidən başla! Çünki Allah sənin bütün günahlarını bağışlamışdır”.
Bilin və agah olun! Əlini(ə) sevən kəs Qiyamət günü diriləcək və onun üzü on dörd gecəlik ay kimi parlaq olacaqdır.
Bilin və agah olun! Əlini(ə) sevən kəsin başına tac qoyulacaq və əyninə şərəf geyimi geyindiriləcəkdir.
Bilin və agah olun! Əlini(ə) sevən kəs Sirat körpüsündən sürətli ildırım kimi keçəcəkdir.
Bilin və agah olun! Əlini(ə) sevən kəsə Cəhənnəm odundan uzaq olmaq, Sirat körpüsündən keçmək icazəsi, cəzalanmaqdan amanda qalmaq bəxş olunacaq. Onun üçün tərəzi, ədalət məhkəməsi qurulmayacaq və ona deyiləcək: “Cənnətə sorğu-sualsız daxil ol”.
Bilin və agah olun! Mələklər Əlini(ə) sevən kəslə əllə görüşəcək, peyğəmbərlər ona baş çəkəcək və Allah onun bütün istəklərini yerinə yetirəcək.
Bilin və agah olun! Allah Məhəmməd(s.ə.a.s.) ailəsini sevən kəsi haqq-hesabdan, tərəzidən və Sirat körpüsündə ayağının titrəməsindən amanda saxlayacaqdır. Mən Məhəmməd ailəsini(ə) sevərək ölən kəsə Cənnətdə peyğəmbərlərlə birlikdə olmağı zəmanət verirəm.
Bilin və agah olun! Məhəmməd(s.ə.a.s.) ailəsini düşmənçilik edərək ölən kəs heç vaxt Cənnətin ətrini duymayacaqdır”.

Şeyx Səduq, Fəzailuş-şiə – Sifatuş-şiə

Paylaş:
Baxış sayı: 10447

Digər Məqalələr..

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.