Xums

0
0

Salam,eger men ev almaq ucun her ay qenaet ederek pul yigiramsa.O pulun xumsunu vermeliyemmi?Eger vermeliyemse o pulu yaxin bir adamin emeliyyata imkani olmiyan biri ucun versem sayilarmi?yoxsa tamamen yad bir adama verilmelidi?

0
0

Xumsdan istisna edilən (yəni, xumsu vacib olmayan) illik ehtiyyaclar əsasən qazanc hasil olan ilin ehtiyyaclarıdır. Qarşıdan gələn illərin ehtiyyacları istisna edilə bilməz (yəni, məsələn; xums ili çatdığı zaman əlində qalan puldan yaxud maldan 2 il sonranın ehtiyyacı olan şeyləri çıxaraq yerdə qalan pulun və ya malın xumsunu çıxara bilməz). Buna əsasən də tədricən qazanc əldə edən bir şəxs evi tikmək üçün birinci ildə daş, kərpic, ikinci ildə taxta və dəmir, üçüncü ildə isə başqa tikinti materiallarını və sair şeyləri alarsa, hər bir ildə alınan bu şeylər o illərin ehtiyyacı sayılaraq xumusdan istisna edilə bilməz (yəni, hər il xums ili çatanda alınan həmin şeyləri o ilin ehtiyacı hesab edərək xumsunu verməyə bilməz). Çünki alınan o şeylər o ilin ehtiyyacıdır ki, ev həmin ildə hazır olacaqdır. Buna əsasən də gərək bu şəxs həmin alınan şeylərin xumsunu çıxartsın.
Əlbəttə, əgər bu şəxsin yaşadığı şəhərdə onun mislində olan şəxslər üçün münasib olan hal bu olsa ki, onlar yaşayış evinə yuxarıda deyilən qaydada, yəni tədricən malik olsalar və bunu da tərk etdikləri surətdə isə öz ailələrinin haqqı barəsində səhlənkarlıq sayılarsa və onların şəninə uyğun olan gələcəkləri barəsində yüngül yanaşmaq sayılarsa, bu halda hər ildə alınan o şeylər həmin illərin ehtiyyacları hesab olunacaq və xumsunu da vermək onlara vacib olmayacaq.
Mənbə: “Minhacus-Salihin, cild 1, Seyyid Əli Sistani”.

2ci məsələyə gəlincə, xümsün təyinatından xəbərdar olan bir ruhaniyə verməyiniz yaxşı olar.

1 nəticə görsənir
Sizin cavabınız