Zühurdan öncə qiyamın qadağan edilməsi
Zühurdan öncə qiyamın qadağan edilməsi
1.Əbu Bəsir, İmam Cəfər Sadiqdən(ə) nəql edir: İmam Məhdinin(əc.f.ş.) qiyamından öncə qalxan bütün bayraqların bayraqdarları tağutdur. (Əl-Kafi,cild8,səh295)
2.İmam Cəfər Sadiq(ə) Sudeyrə buyurur: Ey Sudeyr! Ardıcıl olaraq evində aram otur. Evinin palazlarından biri ol. Öz sakitliyini qoru. Amma Sufyaninin qiyam etdiyini eşitdikdə, bizə tərəf gəl. Hətta yalın ayaqla olsa belə. (Əl-Kafi,cild8,səh264)
3.İmran ibn Hənzələ İmam Cəfər Sadiqdən(ə) nəql edir: İmam Məhdinin(əc.f.ş.) qiyaməndan əvvəl beş əlamət vardır. Səmadan gələn nalələr, Sufyaninin qiyamı, Sufyaninin ordusunun Beyda(Məkkə və Mədinə arasında bir səhra) adlanan məkanda məğlub olması, Nəfsi-Zəkiyyənin şəhid olması, Yəmaninin qiyamı.
Mən dedim: Canım sənə fəda olsun. Əgər bu nişanələrdən öncə sizing ailənizdən kimsə qiyam etsə necə, qoşulmayaq?
İmam(ə) buyurdu: Xeyr!
4.Fəzl ibn Katib, İmam Cəfər Sadiqdən(ə) nəql edir: “Sufyani qiyam etməyincə hərəkət etmə.” O, bu sözü üç dəfə təkrar dedi. Sonra isə, “Sufyani qiyam edən zaman bizə tərəf gəlin. Bu tərəddüdsüz nişanələrdəndir” deyə buyurdu.
5.Əbu Bəkr Xirzəmi deyir: Xorasanda qarabayraqlar hərəkata keçən zaman mən Aban, İmam Cəfər Sadiqin(ə) yanına gedib məsləhət istədik. İmam(ə) buyurdu: Gedin evinizdə outrun. Nə vaxt bizi bir yerə yığılan görsəniz, o zaman qılınclarınızla bizə tərəf gəlin. (Ğeybəti Nomani,səh197,hədis6)
6.Huseyn ibn Xalid, İmam Rzadan(ə) nəql edir: Günahdan çəkinməyən şəxsin dini , təqiyyə etməyənin isə imanı yoxdur. Allah yanında sizlərin ən əzizi daha çox təqiyyə edəndir. Allah yanında məlum olan saata qədər qiyam etməyin. Amma bizim Qaimimiz(ə) qiyam etsə, təqiyyəni tərk edin və ona qoşulun. Kim bu işdən boyun qaçırsa bizdən deyil. (Kəmalud-din)
7.Məhəmməd ibn Əmarə atasından, atası da İmam Cəfər Sadiqdən(ə) nəql edir: Mömin daim cihaddadır. Çünki o, zalım hakimin qarşısında təqiyyə vasitəsilə , haqqın qarşısında isə batillə vuruşmaqla daim cihad edir. (Əl-kafi,cild8,səh269)
8.Ribi ibn Abdullah ibn Carud, İmam Zeynuabidindən(ə) nəql edir: Allaha and olsun ! Qamin zühurundan öncə bizlərdən heç birimiz qiyam etməyəcəyik. Kim belə bir qiyama əl atsa onun məsəli uça bilmədiyi təqdirdə uçmaq istəyərkən yuvasından yerə düşən və körpə uşaqların oyuncağına çevrilən körğə quşun misalı kimidir. (Əl-kafi,cild8,səh269,hədis382)
9.Əbulcarud Ziyad ibn Mənzərdən, o da İmam Məhəmməd Baqirdən(ə) nəql edir: Bəlaya tuş gəlmədikcə zülmü dəf etməyən və insanları haqqa dəvət etməyən kəs biz Əhli Beytdən deyildir. Bu qiyam yalnız Bədr döyüşündə iştirak edənlər qədər (sayda olanlar) gələndən sonra baş tutacaqdır. Onlar elə döyüşçülərdir ki, onların ölüsü dəfn olunmayacaq və xəstələri şəfa tapmayacaqlar.(Hədisi nəql edən kəs, İmamın(ə) sonuncu cümlələrdə məqsədinin mələklər olduğunu qeyd etdiyini deyir.) (Ğeybəti-Nomani, səh202)
10.Mutəvəkkil ibn Harun, İmam Cəfər Sadiqdən(ə) nəql edir: Bizlərdən heç kəs Məhdinin(ə) qiyamına kimi qiyam etməyəcək və zalımın fitnələri qarşısında haqqı bərpa etmək üçün mübarizə aparmayacaqdır. Kim bu işi görsə, bizim və şiələrimizin kədərlənməsinə səbəb olacaqdır. (Səhifei-səccadiyyə,səh11)
Məvəddə -sadiqlik, itaət və özünüətaa itrət və iffət ücündür , qiyam vaxtından əvvəl də olsa haqq ücün şəhadət hər zaman vacibdir