xəstənin oruc tuta bilməməsi

0
0

Əs-salamu əleykum.Qabaqdan gələn ramazan ayınız mübarək.Mənim 64 yaşəm var.Bu yaşda əksər adamlarda olduğu kimi məndə də qan təzyiqi havadan asılı olaraq tez-tez qalxır.Sualım budur: Əgər səhər imsak vaxtından əvvəl mən özümü yaxşı hiss edirəmsə, və əgər sübh azanindan sora mənim halım pisləşirsə və mən də bilirəm ki ,dərman atmasam halım düzəlməyəcək,bu halda səri vəzifəm nə olmalıdır.

0
0

Dərman qəbul etməyəcəyi təqdirdə fəsad olacağına dair xatircəmliyi olan kəs üçün dərman qəbul etməsi icazəlidir. Bu halda düzələcyi miqdarda dərman və ya qida qəbul etdikdən sonra bacararsa iftara qədər özünü orucu pozan şeylərdən çəkinməli və Ramazandan sonra bir gün qəza orucu tutmalıdır.

1 nəticə görsənir
Sizin cavabınız