müddət təyyin olunmyanda müvəqqəti nigah batildirmi?

0
0

Bir xanım teleqram vasitəsi ilə bir kişi ilə tanış olur. Onlar danışarkən günaha düşməmələri üçün müvəqqəti nigah oxuyurlar. Məqsədləri də bir birilərini daha yaxından tanımaq, xasiyyətləri tutarsa evlənmək olur. Lakin Müvəqqəti kəbin oxuyarkən vaxt müəyyən etmirlər.
Sonradan xanım kişidən ciddiyət görmədiyi üçün əqdi geri oxumasını istəyir. Kişi birinci dəfə etiraz edir. ikinci dəfə isə cavab vermir. Bu xanım ikinci müraciətdən 4 ay sonra başqa bir kişi ilə müvəqqəti nigah bağlayır. Kişinin birinci mutədən xəbəri olmur. Sonradan kişi bu işdən xəbər tutur. qadında etiraf edərək yuxarıda qeyd etdiyim kimi kişiyə məlumat verir. qeyd edirəm ki, qadının birinici mutəsi ilə görüşü, cinsi əlaqəsi olmayıb. Amma ikinci mutə etdiyi kişi ilə cinsi əlaqəsi olub.
belə olan halda
birinci mutə ilə müddəti müəyyən olunmayan müvəqqəti əqdin hökmü nədir?
ikinci bağlanan müvəqqəti nigah səhihdirmi?
ikinci nigahın səhih olmadığı halda tərəflərini hökmü nəri?
Onlar bir birinə əbədi haram olurlarmı?
öncədən təşəkkürlər.

1
0

Müddət və mehr təyin edilmədən oxunan müvəqqəti əqd səhih deyil.

1 nəticə görsənir
Sizin cavabınız