Birjada Ticaret

0
0

Əssəlamu Aleykum. Soruşmaq istəyirəm ki, fond birjasında alış satış etməyin şəri hökmü nədir? Məsələn birjada neftin qiyməti aşağı olarkən səhmi alıram bank hesabımdan öz şəxsi vəsaitimlə. Və gözləyirəm ki səhmin qiyməti qalxsın və onu satım. Əldə etdiyim qazancın hökmü nədir? Əvvəlcədən Təşəkkür edirəm.

0
0

Öz-özlüyündə birja fəaliyyəti ilə məşğul olmağın heç bir maneəsi yoxdur. Əlbəttə, alış-verişin şərtləri və doğru olması hökmlərinə riayət etmək vacibdir. Aşağıda qeyd olunanlar həmin şərtlərdəndir:

1. Sələm götürülməsi icazəli olmayan cəhətlərlə əlavə gəlir (sələm) əsasında alış-veriş edən bank və şirkətlərlə ortaqlıq etmək icazəli deyil. Çünki onların sərmayəsinə ortaq olmaq, onların sələm müamilələrinə qatılmaq deməkdir. Lakin əvvəlcədən sələm alış-verişinə qatılmağa razı olmadığını bildirərsə, icazəlidir.

2. İxtiyarında olan məbləği araq alış-verişi kimi haram olan sektorlarda istifadə edən şirkətlərlə ortaqlıq icazəli deyil.

1 nəticə görsənir
Sizin cavabınız