Qəza orucu

Qəza orucu

Sual: Üzərində nəzir və yaxud əcir orucu kimi, Ramazan ayıdan başqa bir vacib orucu olan ata, onu yerinə yetirməmişdən əvvəl ölərsə, böyük oğula onu qəza etməsi vacibdirmi?

Cavab: Xeyr, vacib deyildir.

Sual: Ramazan ayının orucunu tutmayan şəxs, eyni gündə bir neçə dəfə cinsi əlaqəyə girsə, yaxud istimna və ya orucu batil edən başqa bir işi edərsə, kəffarəsi təkrarlanarmı?

Cavab: Xeyr, təkrarlanmaz. Bir kəffarə verməsi kifayətdir.

Sual: Ramazan orucunun qəzasını bir neçə il gecikdirən şəxsin vəzifəsi nədir?

Cavab: Bu şəxs, həm qəza oruclarını tutmalı, həm də gecikdirdiyi birinci il üçün hər günün müqabilində bir fəqirə 750 qram miqdarında yemək verməlidir. Birinci il istisna olmaqla o biri illər üçün ona bir şey vacib olmaz.

Sual: Hər günün müqabilində bir mud (təqribən 750 qr) yemək verməli olan şəxs, bir neçə günün kəffarəsini bir fəqirə verə bilərmi?

Sual: Xəstəlik səbəbilə bir neçə il ardıcıl oruc tuta bilməyən şəxs, tutma bilmədiyi bütün orucları qəza etməlidirmi?

Cavab: Axırıncı Ramazan ayının orucunun qəzasını yerinə yetirməlidir. Əvvəlki illərdən qalan hər günün müqabilində fəqirə bir mud yemək verməlidir.

Sual: Müsəlman bir şəxs, kafir olub sonradan yenə müsəlman olarsa, kafir olduğu ərəfədə tutmadığı orucların qəzasını yerinə yetirməlidirmi?

Cavab: Bəli, yerinə yetirməlidir.

Sual: Kafir bir şəxs, müsəlman olarsa, kafir olduğu ərəfədə tutmadığı orucların qəzasını yerinə yetirməlidirmi?

Cavab: Yerinə yetirməsi, lazım deyildir.

Sual: Dəli özünə gəlib ağıllandıqdan sonra, dəli olduğu ərəfədə tutmadığı orucların qəzasını yerinə yetirməlidirmi?

Cavab: Qəza etməsi vacib deyildir.

Sual: Səfərdə olduğum ərəfədə qəza orucu tuta bilərəmmi? (Səfərim bir həftədən də az müddətdədir.)

Cavab: Səfərdə qəza orucu tutmaq olmaz.

Sual: Keçən ildən üzərində oruc qəzası olan və onları yerinə yetirməyən şəxs, hər gün üçün 60 gün oruc tutmağın əvəzinə başqa bir iş edə bilərmi?

Cavab: Bilərəkdən tutmadığı hər gün üçün 60 fəqiri doyura bilər və yaxud hər birinə 750 qram miqdarında buğda, arpa, çörək və bu kimi ərzaq məhsullarından verə bilər.

Sual: Gənc kişi və qadın Ramazan ayında oruc olduqları halda, istəmədən və yaxud özlərini saxlaya bilməyib cinsi əlaqədə olarlarsa, orucları batil olarmı?

Cavab: Həm qəza, həm də kəffarə vacib olar. Hər birinin 60 fəqirə 750 qram miqdarında buğda və ya un vermələri kifayətdir.

Sual: Ramazan ayının orucunu tutarkən bilmədən (zöhrdən əvvəl və ya zöhrdən sonra) bir şey yeyərsə və qəza orucunu tutmaq üçün də vaxtı olarsa, orucunun hökmü nədir?

Cavab: Əgər bilməyərəkdən olarsa, oruc batil olmaz.

Sual: Cənabətli olan şəxs, bir müddət namaz qılıb oruc tutduqdan sonra, cənabətli olduğunu anlayarsa, vəzifəsi nədir?

Cavab: Tutduğu oruclar düzgündür, lakin qıldığı namazları qəza etməlidir.

Sual: İki şəxsin verdiyi şəhadətə əsasən, Ramazan ayını 29 gün oruc tutan şəxsin vəzifəsi nədir?

Cavab: Qəza etmək lazım deyildir.

Sual: Ölünün qəza olmuş oruc və namazını (məsələn, 10 illik) bir neçə şəxs bir anda yerinə yetirə bilərm?

Cavab: Bəli, maneəsi yoxdur və tərtibə ehtiyac yoxdur.

Sual: Oruc tutan şəxs, bilmyərəkdən və ya unutqanlıq üzündən bir şey yeyib içərsə, orucunun hökmü nədir?

Cavab: Orucu düzgündür.

Sual: Müstəhəb orucu hansı hansı halda pozmaq olar?

Cavab: Oruc tutan şəxsi, mömin qardaşı yeməyə dəvət edərsə, dəvəti qəbul edib orucunu pozması müstəhəbdir.

Sual: Müstəhəb oruc tutarkən, cinsi əlaqədə olmaq orucu batil edərmi və bunun kəffarəsi varmı?

Cavab: Oruc batil olar, lakin kəffarəsi yoxdur.

Sual: İnsan sərxoş olduğuna görə oruc tutmayıbsa, nə etməlidir?

Cavab: Sərxoş olduğuna görə oruc tutmayan şəxs, tutmadığı orucların qəzasını tutmalıdır.

Sual: Bir neçə Ramazan ayının orucunun qəzasını tutmalı olan şəxs, bunlardan ilk əvvəl hansı birinin qəzsanı tutmalıdır?

Cavab: Bir neçə Ramazan ayının orucunun qəzasını tutmalı olan şəxs, onlardan hansını ilk əvvəl istəsə tuta bilər. Lakin əgər sonuncu Ramazan ayının qəzası üçün vaxt dar olarsa, məsələn, sonuncu Ramazan ayından beç gün orucu qəzaya qalmış olsa və növbəti Ramazan ayına da beş gün qalarsa, bu halda, daha yaxşı olar ki, sonuncu Ramazan ayının qəzasını tutsun.

Sual: Bir şəxs, Ramazan ayının orucunu bilərəkdən tutmasa və üstəlik növbəti Ramazan ayına qədər də onu qəza etməsə, nə etməlidir?

Cavab: Bir şəxs, Ramazan ayının orucunu bilərəkdən tutmasa, üzərinə həm qəza, həm də kəffarə, yəni, ya bir qul asad etmək, ya, altmış fəqiri doyurmaq, ya da iki ay oruc tutması, vacib olur. Əgər həmin orucun qəzasını növbəti Ramazan ayına qədər tutmasa, vacib ehtiyata əsasən, əlavə olaraq hər günün müqabilində fəqirə təqribən 750 qram yemək verməlidir.

Sual: Atanın ölümündən sonra qəzaya qalmış oruclarını kim tutmalıdır?

Cavab: Atanın ölümündən sonra qəzaya qalan oruclarını, vacib ehtiyata əsasən, böyük oğul yerinə yetirməlidir. O, hər günün müqabilində 750 qram yemək fəqirlərə verə bilər. Əgər varislər razı olsalar, bunu meyitin malından da ödəyə bilərlər.

Sual: Üzərimizdə qəza orucları var, onların qəzası və təxir kəffarəsi (fidyə) ödənməlidir. Sual budur ki; həmin illərin fitrə zəkatını da verməmişiksə, onları da hesablayıb ödəməliyikmi və əgər ödəməmiz vacibdirsə niyyəti necə edək?

Cavab: Vacib ehtiyata əsasən, mütləq qürbət qəsdi ilə ödəyin.

Sual: Ramazan ayının qəza orucunu tutarkən günortadan sonra orucu pozmaq icazəlidirmi?

Cavab: Ramazan ayının qəza orucunu tutarkən günortadan sonra orucu pozmaq icazəli deyil. Hər kim belə edərsa, ona kəffarə vacib olar. Kəffarə isə hər birinə 750 qram qida verməklə on fəqiri doyurmaqdan ibarətdir. Əgər imkanı olmazsa, üç gün oruc tutmalıdır.

Sual: Ramazan ayının qəza orucunu tutarkən günortadan əvvəl orucu pozmaq kəffarəyə səbəb olurmu?

Cavab: Səbəb olmur.

Sual: Qəza orucu tutarkən günortadan sonra orucu pozmaq icazəlidirmi?

Cavab: İcazəli deyil və bu halda kəffarə yerinə yetirməlidir.

Sual: Muzd müqabilində və ya könüllü olaraq başqasının (vəfat etmiş şəxsin) əvəzindən Ramazan ayının qəza orucunu tutan şəxsin günortadan sonra orucu pozmasının hökmü nədir? Bu halda ona kəffarə vacibdirmi?

Cavab: Başqasının əvəzindən tutulan Ramazan ayının qəza orucunu günortadan sonra da pozmaq icazəlidir və bu halda kaffarə yoxdur.

Sual: Qəza orucu tutarkən günortadan sonra orucu pozmaq icazəlidirmi?

Cavab: Qəza orucunu günortadan sonra pozmaq icazəli deyil. Əgər pozarsa, kəffarə olaraq on miskini doyurmalıdır.

Paylaş:
Baxış sayı: 13097

Digər Məqalələr..

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.