Qəsbin hökmləri

Qəsbin hökmləri

Sual: Azərbaycanda məlum Qarabağ müharibəsi zamanı çox sayda müsəlman azərbaycanlı öz ev-eşiyini məcburiyyət qarşısında tərk edib ölkənin müxtəlif bölgələrində qaçqın həyatına məhkum oldu. Onlar, dövlət başçısının qərarı ilə ölkə də inşa olunmuş mənzillərə, qeyri-müəyyən vaxta qədər müvəqqəti yerləşdirildilər. Həmin mənzillər başqa şəxslərin mülküdür. Sual bundan ibarətdir; həmin evlərdə məcburiyyət qarşısında yaşayan qaçqınların namaz, qüsl və dəstəmazlarının hökmü nədir?
Onu da qeyd etmək lazımdır ki, onların həmin evlərdə yaşamaqdan başqa çarələri yoxdur.

Cavab: Evlərin sahibləri müsəlman deyilsə, eybi yoxdur. Əgər müsəlmandırsa, onların razılığını əldə etmək lazımdır.

Sual: Məscid tikintisi üçün nəzərdə tutulmuş ərazini qəsb edib sonradan orada həm məscid, həm də yaşayış evi tikərlərsə, məscidin və evin hökmü nədir?

Cavab: Əgər torpaq məscidə vəqf olunubsa, ev tikmək icazəli deyil.

Paylaş:
Baxış sayı: 11602

Digər Məqalələr..

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

9 − five =