Orucu batil edən əməllər: tozu boğaza çatdırmaq

Orucu batil edən əməllər: tozu boğaza çatdırmaq

Məsələ 1: Vacib ehtiyata əsasən, qəliz tozu boğaza çatdırmaq orucu batil edir. İstər un kimi yeyilməsi halal olan bir şeyin tozu olsun, istərsə də torpaq kimi yeyilməsi haram olan şeyin tozu olsun.

Məsələ 2: Qəliz olmayan tozu boğaza çatdırmaq orucu batil etmir.

Məsələ 3: Əgər külək vasitəsilə qəliz toz əmələ gəlsə, insan bunu bilib, bacardığı halda ondan qorunmasa və həmin toz boğazına yetirşsə, vacib ehtiyata əsasən, orucu batil olar.

Məsələ 4: Vacib ehtiyata əsasən, oruc tutan siqaret, tənbəki tüstüsünü və bu kimi şeyləri boğaza çatdırmasın.

Məsələ 5: Əgər diqqətsizlikdən toz, tüstü və bu kimi şeylər oruc tutanın boğazına yetişsə, boğazına yetişməyəcəyinə yəqin və ya xatircəmliyi olmuşdursa, orucu düzgündür. Amma boğazına yetişməyəcəyini güman etmişdirsə, yaxşı olar ki, həmin günün orucunu qəza etsin.

Məsələ 6: Əgər oruc olduğunu unudub, diqqətsizlik etsə və ya özündən asılı olmayaraq toz və bu kimi şeylər boğazına yetişsə, orucu batil olmaz.

Məsələ 7: Başı bütövlükdə suya batırmaq orucu batil etməz, lakin bu iş şiddətli məkruhdur.

Paylaş:
Baxış sayı: 13496

Digər Məqalələr..

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.