Oruc və həddi-buluq

Oruc və həddi-buluq

Sual: Qadınların çoxu 12 yaşdan sonra oruc tutmağa başlayırlar. Çünki bu yaşdan əvvəl şəri vəzifələrini düzgün anlamırlar və ya bu yaşdan etibarən qız uşaqlarının mükəlləfiyyəti başladığını güman edən valideyinlərindən şəriət hökmlərini öyrənmişlər. Şəri mükəlləfiyyətini başa düşdükdən sonra həmin qızın hökm necə olacaq?

Cavab: Əgər həmin vaxt orucun ona vacib olmadığına (tərəddüd etmədən) əmin idisə ona kəffarə deyil, yalnız qəza vacibdir.

Sual: Qdının oruc tutması üçün şəri mükəlləfiyyət yaşı neçədir?

Cavab: Həddi-buluğa çatdıqdan sonra. Qadının həddi-buluğ əlaməti hicri qəməri ilə ilə doqquz yaşını tamamlamasıdır. On yaşının tamam olduğu birinci günündən etibarən oruc və digər şəri vacibləri yerinə yetirmək ona vacibdir.

Sual: Qız uşağı həddi-buluğa çatdıqdan sonra oruc tutmağa gücü çatmırsa ona oruc tutmaq vacibdirmi? Əgər oruc tutmasa yalnız qəzasını yerinə yetirməlidir, yoxsa ona kəffarə də vacibdir?

Cavab: Əgər oruc tutmağa gücü çatmırsa ona oruc tutmaq vacib deyil. Sonradan həmin orucun qəzasını yerinə yetirməlidir. Ona kəffarə vacib deyil. Lakin oruc tutarkən adətən dözülməsi mümkün olmayan dərəcədə çətinlik olmazsa, çətinliyə dözmək ona vacibdir.

Paylaş:
Baxış sayı: 11085

Digər Məqalələr..

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

fifteen − five =