Namazda qiyam

Namazda qiyam

Əhli sünnə məzhəbinin seçilmiş mühəddislərindən olan Beyhəqi xüsusi ilə öz sünənində belə deyir:Səhl İbni Səidin nəql etdiyi hədisən belə olur ki namazda əlləri bağlamaq Peyğəmbər (s) zamanı olmayıb ,bəlkə sonradan əmələ gəlib.O hədisdə (İbni Səidin) deyilirki: ن يؤمرو كان الناس “Əgər belə bir şey olsaydı onlar (səhabələr) bunu xalqa (Peyğəmbərə(s) nisbət verərək) əmr etməli idilər”
سنن بيهقي , ج 2, ص 28(Sünəni Beyhəqi 2-cild,2-ci səh.)
Zatən bu əməl Əhli sünnənin üç məzhəbinin (Hənbəli,Şafeyi,Hənəfi) fiqhində müstəhəbbi bir əməl olduğu məlumdur.( فقه على المذاهب الخمسه، ص 110، محمد جوادمغني -Fiqhi ələl-məzahibil-xəmsə səh.110.Mu- həmməd Cavad Muğni) İmam Maliki isə (Sünnü məzhəbinin əsas 4 məzhəbindən birinin imamı) Namazda əlləri üst-üstə qoyaraq bağlamağı namazı batil etmədiyini desə də onu müstəhhəbi bir əməl kimi də qəbul etmir.Odur ki digər 3 məzhəbdən fərqli olaraq Malikilər əlləri yanlarında namaz qılırlar. صحيح مسلم، ج 1، ص 382 (Səhih-Muslim,1-cild,38-ci səh.)

Aşağıda göstərilən şiyə mənbələrinə əsasən də bu əməl bid`ət əməl olduğu üçün namazı batil edir:

1- الاعتصام بالكتاب و السنة، ص 70 – 61 جعفر سبحانى
2- جواهر الكلام، ج 11، ص 25 – 15 شيخ محمد حسن نجفى
3- وسائلالشيعه، ج 4، باب 15 از باب قواطع الصلوة، ح 1 و 2 و 3 و 4 و 7 علامه حلى
4- بحارالانوار، ج 10، ص 277 علامه مجلسى
5- مستدرك الوسائل، ج 2، باب 14 از ابواب قواطع الصلوة، ح 2 نورى

Sünəni Timizi,sünəni Əbu Davud və Sünəni Beyhəqidə belə deyilir: “Əbu Həmid Saidi(Səhabədir) Peyğəmbərin(s) başqa səhabələrinin o cümlədən,Əbu Hüreyrə Dusi, Səhl Saidi,Əbu Səyyid Saidi,Əbu Qətadə,Haris ibni Rəbəi,Muhəmməd ibni Musəlləmənin yanında O həzrətin necə namaz qılmağından ,onun vacibi və müstəhəbbi tərəflərindən geniş izah verdi amma əlləri bağlamaq haqqında heç bir kəlmə demədi”
(Sünəni Beyhəqi 2-cild,Sünəni Əbudavud 1-cild Babul-İftitahus-Səlat 70-736-həd.,Sünəni Tirmizi 2-cild səh.98,Babu-Sifətus-səlat)

سنن بيهقي , ج 2 – سنن ابوداود, ج 1, باب افتتاح الصلاه , ح 70 و 736 – سنن ترمذي , ج 2, ص 98, باب صفت الصل

“Əl-Musənnəf” kitabında əllərin aşağıya doğru sallayıb namaz qılanlardan 5 hədis rəvayət edir:

حدثنا أبو بكر قال : حدثنا هشيم عن يونس عن الحسن ومغيرة عن إبراهيم أنهما كان يرسلان أيديهما في الصلاة

Əbu Bəkr bizə xəbər verdi: Huşeym (b. Bəşir)–Yunis (b. Ubeyd)–Əl-Həsən və Muğırə–İbrahimdən onların əllərini sallayaraq namaz qıldıqlarını rəvayət etdi.

Yuxarıda Huşeym b. Bəşirin İbn Məs`uddan olan sağ əli sol əlin üzərinə qoymaq barədə hədisi görmüşdük.

حدثنا عفان قال : حدثنا يزيد بن إبراهيم قال : سمعت عمرو بن دينار قال : كان ابن الزبير إذا صلى يرسل يديه

Əffan bizə xəbər verdi: Yezid b. İbrahim–Əmr b. Dinar (Abdullah)İbn Zubeyrin namaz qılarkən əllərini aşağı salladığını rəvayət etdi.
Yuxarıda Əbu Davudun “Sunən”ində 754-cü hədisdə Abdullah b. Zubeyr namazda sağ əlin sol əl üzərinə qoyulmasının sünnə olduğunu bildirmişdi. Bu hədisdə isə onun əllərinin aşağı sallayaraq namaz qıldığı bildirilir. Qəribə deyilmi?

حدثنا ابن علية عن ابن عون عن ابن سيرين أنه سئل عن الرجل يمسك يمينه بشماله قال : إنما فعل ذلك من أجل الدم

……..İbn Sirindən (namazda) sağ əli ilə sol əlini tutan kişi barədə soruşuldu.(bunun səbəbini) Dedi: O, bunu qanın səbəbinə edibdir.

حدثنا عمر بن هارون عن عبد الله بن يزيد قال : ما رأيت ابن المسيب قابضا يمينه في الصلاة كان يرسلها

………..Abdullah b. Yezid dedi: İbn Əl-Museyyibi namazda əllərini tutan görməmişəm. O, (əllərini) sallayırdı.

حدثنا يحيى بن سعيد عن عبد الله بن العيزار قال : كنت أطوف مع سعيد بن جبير فرأى رجلا يصلي واضعا إحدى يديه على الأخرى هذه على هذه وهذه على هذه فذهب ففرق بينهما ثم جاء
Yəhya b. Səid—Abdullah b. İzardan bizə xəbər verərək dedi: Səid b. Cubeyr ilə təvaf edirdim. (Səid b. Cubeyr) Bir kişinin əllərindən bir-birinin üzərinə qoyub namaz qıldığını gördü. (Səid b. Cubeyr)Ona yaxınlaşıb əllərini bir-birindən araladı və gəldi.

Paylaş:
Baxış sayı: 12486

Digər Məqalələr..

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.