Əldə edilən mənfəətin xüsusiyyətləri

Əldə edilən mənfəətin xüsusiyyətləri

Sual: Hansı növ mənfəət müqabilində əmlakı icarəyə vermək olar?

Cavab: İcarəyə verilən əmlakdan əldə olunan mənfəətin 4 şərti var:

1. Həmin mənfəət halal olmalıdır. Əgər yalnız haram mənfəət əldə olunması mümkün olarsa və ya haram mənfəət əldə olunması müqabilində əmlakdan istifadə edilməsi şərt qoyularsa, yaxud da müqavilə buna (haram mənfəətə) əsasən olarsa, icarə batildir. Məsələn, dükanı araq satmaq və ya orada araq saxlamaq və ya nəqliyyat vasitəsini araq daşımaq şərti ilə icarəyə verərsə, icarə batildir.

2. Vacib ehtiyata əsasən, mənfəətin ağıl sahiblərinin nəzərində pul müqabilində müəyyən dəyəri olmalıdır.

3. Mənfəətin növü təyin olunmalıdır. Əgər nəqliyyat vasitəsindən minik və yük daşımaq üçün istifadə etmək mümkündürsə icarədarın minik, yükdaşıma və ya hər ikisindən istifadə etmək hüququnu təyin etmək vacibdir.

4. Mənfəətin miqdarı təyin olunmalıdır. Ev, dükan və bu kimi daşınmaz əmlakda icarənin müddəti təyin olunmalı, müəyyən bir köynəyi müəyyən formada tikmək və ya müəyyən yol ilə müəyyən məntəqəyə maşın sürmək kimi işin növü təyin olunmalı və ya müəyyən məsafəyə nəqliyyat vasitəsinə minmək kimi məsafənin təyin olunması şərtdir.

Sual: İcarədən nəzərdə tutlan mənfəətin şərtləri hansılardı?

Cavab: İcarəd nəzərdə tutulan mənfəətin şərtləri aşağıdakılardı:

1. Həmin mənfəət halal olmalıdır. Əgər yalnız haram mənfəət əldə olunması mümkün olarsa və ya haram mənfəət əldə olunması müqabilində əmlakdan istifadə edilməsi şərt qoyularsa, yaxud da müqavilə buna (haram mənfəətə) əsasən olarsa, icarə batildir. Məsələn, dükanı araq satmaq və ya orada araq saxlamaq və ya heyvanı araq daşımaq şərti ilə icsrəyə verərsə, icarə batildir.

2. Vacib ehtiyata əsasən, mənfəətin ağıl sahiblərinin nəzərində pul müqabilində müəyyən dəyəri olmalıdır.

3. Mənfəətin növü təyin olunmalıdır. Əgər əmlakdan müxtəlif mənfəətlər əldə etmək olarsa, məsələn, icarəyə verdiyi heyvandan minik və yük daşımaq üçün istifadə etmək mümkündürsə, icarədarın minik və ya yükdaşıma yaxud da hər ikisindən istifadə etmək hüququnu təyin etmək vacibdir.

4. Mənfəətin miqdarı təyin olunmalıdır. Evi bir il və ya bir ay müddətində kirayə vermək, bir və ya bir neçə fərsəx məsafə qət etmək üçün nəqliyyat vasitəsini icarəyə vermək, müəyyən bir köynəyi müəyyən formada tikmək və ya müəyyən yol ilə müəyyən məntəqəyə maşın sürmək kimi işin növü təyin olunmalıdır.

5. Birinci və ikinci halda müddətin təyin olunması vacibdir. Əgər evi bir illik kirayə versə və nəqliyyat vasitəsini bir fərsəx məsafəni qət etmək üçün icarəyə verərsə, lakin icarənin başlama zamanını təyin etməsə, icarə batildir. Amma icarə zamanının başlanğıcını bildirən əlamət varsa, məsələn, yaxın zamanda olacağı bəlli olarsa, icarə batil deyil. Dərzilik və bu kimi işlərdə icarə zamanının başlanğıcının məlum olması əsas deyil. İcarəçi tələb etdiyi zaman həmin işi yerinə yetirmək vacibdir. Bu işin yerinə yetirildiyi fərqli zamanlarda fərqli istəklər olmadığı halda hökm eynidir. Əks təqdirdə, bu məsələdə də işin başlama zamanını təyin etmək vacibdir

Paylaş:
Baxış sayı: 11223

Digər Məqalələr..

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.