Oruc tutana məkruh olan əməllər
Oruc tutana məkruh olan əməllər
Sual: Diş çəkdirmək orucu batil edərmi?
Cavab: Diş çəkdirmək və ağızın qanamasına səbəb ola biləcək hər hansı bir işi görmək, oruc tutan üçün məkruhdur.
Sual: Fitil istifadə etmək orucu batil edərmi?
Cavab: Orucu batil etməz, lakin məkruhdur.
Sual: Qadının, suyun içərisində oturması, orucunu batil edərmi?
Cavab: Xeyr, məkruhdur.
Sual: Xoş ətirli bitkiləri iyləməyin, orucu batil etdiyini söyləyirlər, bu doğrudurmu?
Cavab: Xoş ətirli bitkiləri iyləmək, məkruhdur.
Sual: Oruc tutan şəxs, burunotu çəkə bilərmi?
Cavab: Əgər onun təsirinin boğaza çatacağı bilinməsə, məkruhdur; amma boğaza çatacağı bilinərsə, caiz deyildir.
Sual: Qan aldırmaq orucu batil edərmi?
Cavab: Qan aldırmaq və hamama getmək kimi, bədənini zəiflədən işlər, oruc tutan üçün məkruhdur.
Sual: Sürmə çəkmək orucu batil edərmi?
Cavab: Məkruhdur.