Nəzr haqqında

Nəzr haqqında

Sual: Nəzr nədir?

Cavab: Nəzr – insanın Allah rizası üçün yaxşı bir işi görməsi və yaxud edilməməsi daha yaxşı olan bir işi, Allah rizası üçün tərk etməyi özünə vacib etməsidir.

Sual: Nəzrdə əqd oxunmalıdırmı?

Cavab: Bəli, nəzrdə əqd oxunmalıdır.

Sual: Nəzrdə əqd ərəb dilində oxunmalıdır?

Cavab: Xeyr, əqdin ərəbcə oxunması vacib deyildir.

Sual: Nəzr əqdini necə oxumalıyıq? Missal olaraq qeyd edə bilərsinizmi?

Cavab: Məsələn, “xəstəm sağalarsa, Allah rizası üçün bir fəqirə on manat verəcyəm.”-deyərsə, nəziri düzgün olar. Əgər “Allah üçün filan işi etməy nəzr etdim.”- deyərsə, vacib ehtiyata əsasən, ona əməl etməlidir.

Sual: İnsan Allahın adını zikr etmədən yalnız “nəzr etdim”- deyərsə, nəzri düzgündürmü?

Cavab: Nəzri düzgün deyildir.

Sual: İnsan nəzr əqdində Allah dostlarından birinin adını qeyd edərsə, nəziri düzgündürmü?

Cavab: Nəzri düzgün deyildir.

Sual: İnsan düzgün nəzr edir, lakin nəzrinə əməl etmirsə, vəzifəsi nədir?

Cavab: Günah etmiş olur, kəffarə də verməlidir.

Sual: Nəzr edən şəxsin həddi-büluğ yaşında olması şərtdirmi?

Cavab: Bəli, nəzr edən həddi-büluğ yaşına çatmış, ağıllı olmalıdır və öz iradəsilə nəzr etməlidir.

Sual: Nəzr etməyə məcbur edilmiş şəxsin nəzri düzgündürmü?

Cavab: Nəzri düzgün deyildir.

Sual: Əsəbləşərək iradəsiz şəkildə nəzr edən şəxsin nəzri düzgündürmü?

Cavab: Düzgün deyildir.

Sual: Səfeh (malını mənasız yerlərə xərcləyən) bir şəxs, yoxsula bir şey verməsini nəzr edərsə, nəzrinə əməl etməlidirmi?

Cavab: Nəzri düzgün deyildir.

Sual: Müflis olmuş şəxs, (şəriət hakimi tərəfindən) istifadə etməsinə qadağan qoyulmuş malından, yoxsula bir miqdar verməsini nəzr edərsə, nəzrinin hökmü nədir?

Cavab: Nəzri düzgün deyildir.

Sual: Ərindən icazə almadan, qadının öz malından nəzr etməsinin hökmü nədir?

Cavab: Mübahisəlidir. Bu məsələdə ehtiyat etməlidir.

Sual: Qadının həcc, zəkat, sədəqə, ata-anaya və yaxınlarına ehsan etməsi üçün, ərindən icazə almalıdırmı?

Cavab: Ərinin icazəsinə ehtiyac yoxdur.

Sual: Qadın ərinin icazəsilə nəzr edərsə, sonradan əri onun nəzrini poza bilərmi?

Cavab: Poza və nəzrinin yerinə yetirməsinə mane ola bilməz.

Sual: Övladın nəzr etməsində atanın icazəsi şərtdirmi?

Cavab: Şərt deyil.

Sual: Ata və yaxud ana, şəfqət üzündən ovladlarını etdikləri nəzrdən çəkindirsələr və onlara itaət etməmək incimələrinə səbəb olarsa, nəzrin hökmü nədir?

Cavab: Nəzr batil olur.

Sual: İnsan edə bilməyəcəyi işi nəzr edə bilərmi?

Cavab: İnsan edə biləcəyi işi nəzr etməlidir. Məsələn, piyada Kərbəlaya gedə bilməyəcəyi halda, ora piyada getməyi nəzr edərsə, nəzri düzgün deyildir.

Sual: İnsan nəzr etdiyi zaman, nəzrini yerini yetirmək gücündə olub, sonradan onu yerinə yetirmək imkanında olmasa, nə etməlidir?

Cavab: Nəzri batil olar və ona bir şey vacib olmaz.

Paylaş:
Baxış sayı: 13691

Digər Məqalələr..

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.