İmam Məhdinin(əc.f.ş.) zühur zamanındakı duası

İmam Məhdinin(əc.f.ş.) zühur zamanındakı duası

Həzrəti Əlidən(ə) belə buyurduğu nəql olunur: “Sanki Qaim İmamı görürəm, ağ bir ata minib, “Vadiyus-salam”dan “Səhlə məscidi”nə doğru gedərək, bu duanı oxuyur:
O, bir olan Allahdan başqa Allah yoxdur. Haqq və həqiqət yalnız budur. O, bir olan Allahdan başqa Allah yoxdur. Bizim sədaqətli imanımız budur. Ey mənim Allahım. Ey təhna qalmış hər bir mömini əziz edən! Ey hər bir inadkar üsyankarı zəlil edən! Yollar üzüməbağlanan və yerlər mənə daralan zaman, mənə dayaq olan yalnız Sənsən. İlahi, mənə ehtiyacın olmadığı halda məni yaratdın. Əgər öz köməyini məndən əsirgəsən, mən mütləq məğlub olacağam.
Ey öz mənbəyindən rəhmətlər yağdıran! Ey mədənlərindən bərəkətləri çıxardan! Ey ən uca məqamları özünə məxsus edən! Sənin izzətindən bütünn dostların əziz olurlar.
Ey zəlil olmuş və heybətindən qorxuya düşmüş hökmdarların baş əydiyi Allah! Səni o adınla çağırıram ki, o adınla Sən, bütün hər şeyi yaratdın və hər bir kəs ona inanır. Səndən istəyim budur ki, Məhəmməd (s) və onun övladlarına öz salamını göndərəsən. Bütün işlərimi yerinə yetir və müşküllərimi həll et. Mənə dayaq olaraq, afiyət və sağlamlıq bəxş et.Elə indi, bu saat, bu axşam və bu gecə mənim bütün hacətlərimi qəbul et. Həqiqətən də Sən hər bir şeyə qadirsən.

Paylaş:
Baxış sayı: 5967

Digər Məqalələr..

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.