İl ərzində istifadə olunmayan əşyanın xümsü

İl ərzində istifadə olunmayan əşyanın xümsü

Sual: Sizin rəyinizə görə bir şey bir ildən artıq istifadə olunmazsa onun xümsü vacibdir. Sual budur ki, özümə məxsus olan bir şeyi (məsələn, kitab və s.) mən özüm yox başqası istifadə etsə yenə də mənə onun xümsünü çıxartmaq vacib olar? Məsələn, bir qardaş məndən oxumaq üçün kitab istəyir və mən də ona oxuyub qaytarması niyyətilə verirəm, bir ildən çoxdur ki, o kitab ondadır.Bu halda bu kitabın xümsü vacib olarmı?

Cavab: Əgər birinci ildə ondan istifadə olunubsa və birinci il boyu ona ehtiyacı olubsa xüms düşmür. Hətta sonradan ona ehtiyacı olmasa və ya bir neçə il istifadəsiz qalsa da xüms düşmür. Amma əvvəlcədən ondan istifadə etməsə və başqasına versə, əgər bu iş onun şənindən sayılsa xüms düşmür.

Paylaş:
Baxış sayı: 12935

Digər Məqalələr..

2 Responses

  1. Vüsal dedi ki:

    Salam aleykum.Xums barədə sualım var.İşləyirəm aylıq maaşını 600 manat.Amma artıq saat qalanda maaşima əlavə gəlir(məs:710 m).Ancaq bu həmişə olmur.Ailədə mən tək işləyirəm.Mən xümsümü o maaşdan necə hesablayın.Qeyd edim ki kirayə qaliram.(ayda 250m)

    • Kerbelayi Anar Huseyni dedi ki:

      Əleykə salam. Xümsün hesabında maaşın fərqi yoxdur. İşə başladığınız gün sizin xüms iliniz hesab edilir. Hər ilin o günü əlinizdə olan pulun, alacağınız olan pulun, evinizdə sizə məxsus olan ərzaqların, il ərzində alıb istifadə etmədiyiniz əşyaların dəyərinin cəminin 5də 1ni ayırmalısınız.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir