Peyğəmbərin (s.ə.a.s.) Hz. Əlinin (ə) əleyhinə olan şəxslərin barəsində dedikləri

Peyğəmbərin (s.ə.a.s.) Hz. Əlinin (ə) əleyhinə olan şəxslərin barəsində dedikləri

Əbu Rafelə islam Peyğəmbər (s) dünyasını dəyişməzdən əvvəl Əmirəl-möminin Əli (ə)-ı səmimi qəlbdən sevənlərdən biri idi. O Əli (ə)-ın əzəmətli məqamına saf və möhkəm əqidə ilə yanaşırdı. Bütün bunlar aydın sübutlardan və Peyğəmbərimiz (s)-in aşkarcasına buyurduğu sözlərdən qaynaqlanırdı. Çünki o Həzrət hər bir fürsət və münasib vaxtda Əli (ə)-ın üstünlüklərini və başqa şəxslərdən fərqli olmasını müsəlmanların yadına salır və ondan itaət etməyin lazımlığını tövsiyə edirdi. Bəzən Peyğəmbər (s) gələcəkdə baş verəcək hadisələri əvvəcəldən bəyan etməklə müsəlmanları Əli (ə)-ın əleyhinə olmaqdan çəkindirirdi. Aşağıda gətirəcəyimiz əhvalat buna bir misaldır. Əbu Rafe özü bu səhnənin şahidi olmuşdur.

Əbu Rafe deyir:

Mən Peyğəmbər (s)-in evinə daxil oldum, o Həzrətin otağın bir tərəfində yatdığını gördüm, otağın digər tərəfində isə bir həşəratı müşahidə etdim. Öz- özümdə fikirləşdim ki, əgər bu həşəratı öldürsəm səs-küyə Peyğəmbər (s) yuxudan oyanar, bu səbəbdən qərara gəldim ki, o həzrətin yaxınlığında əyləşim və onu həşəratdan qoruyum. Çox çəkmədən islam Peyğəmbəri (s) yuxudan oyandı və bu ayəni təlavət etdi:

“Sizin hamınız ancaq Allah, onun Peyğəmbəri və iman gətirənlərdir. O kəslər ki, namz qılır və rukuda olduqları halda zəkat verirlər[1]” Sonra buyurdu: Əli (ə)-ın arzusunu yerinə yetirək Allaha həmd olsun,Allah tərəfindən əta olunmuş bu fəzilət və üstünlük Əli (ə)-a mübarək olsun.

Sonra üzünü mənə çevirərək soruşdu: Burada niyə əyləşmisən?

Mən orada oturmağın səbəbini dedim, Həzrət buyurdu: Ey Əbu Rafe bir qrup yolunu azmış insan Əli (ə) haqlı ola-ola onunla müharibə edən zman sən kimə tərəfdar olacaqsan, o vaxt yolunu azmışların əleyhinə cihada qalxmaq hamıya vacibdir və cihad etməyə qüvvəsi olmayanlar isə heç olmasa qəlblərində o Allah düşmənlərinə nifrət bəsləsinlər.

Mən bu sözləri eşidəndə çox narahat oldum və Peyğəmbər (s)-dən xahiş etdim ki, o zaman Əmirəl-möminin Əli (ə)-ın tərəfdarı olmağım barədə dua etsin, o həzrət dua etdi, sonra biz ikimiz də evdən çıxdıq Peyğəmbər (s) məni camaata göstərərək buyurdu: “Ey camaat! Hər kəs canıma və ailəmə əmin olan şəxsi tanımaq istəyirsə Əbu Rafeə baxsın, o hər baxımdan mənim üçün əmindir.”[2]

***

Peyğəmbər (s)-in vəfatından sonra, Əli (ə) hakimiyyətdən və xilafətdən kənarda qaldı, amma iyirmi beş il ərzində üç xəlifənin dövründə baş verənlər, müsəlmanların əsas çətinliklərinin səbəbini bilmək üçün kifayət idi və bu illərdə baş verənlər camaatın Əli (ə)-a tərəf yönəltdi.

Osmanın ölümündən sonra müsəlmanlar təkidlə Əli (ə)-dan onların rəhbərliyini öhdəsinə almağı və cəmiyyətə ədalət və insan hüquqlarını icra etməyi xahiş etdilər. Amma cəmiyyətin çox hissəsinin bu istəkdə olmasına baxmayaraq Əli (ə)-ın xəlifəliyi bir qrup insanların qəzəbinə səbəb oldu. Peyğəmbər (s)-dən Əli (ə)-ın fəzilətlərini eşidən digər bir dəstə isə öz qərəzli məqsədlərinə görə həqiqətləri deməkdən çəkindilər.

Peyğəmbər (s)-in vəfatından sonra İraqda, Şamda və Misirdə islam dinini qəbul etmiş insanlar Peyğəmbər (s)-in buyruqlarını eşitməyə sonsuz məhəbbətləri var idi. Onların qulağına Əli (ə)-ın fəzilətləri barədə azacıq da olsa dəymişdi, o Həzrətin uca şəxsiyyəti ilə tanış olmaq meyllərinin həddi-hüdudu yox idi. Amma yuxarıda qeyd etdiyimiz mənfur şəxslər qəlblərindəki həsədə və kinə və ya Müaviyyə hakimiyyətindən umduqları maddi mənfəətlərinə görə həqiqətin üzərinə pərdə atıb hamının qəbul etdiyi gerçəklikləri gizlətdilər. Bəzən Əli (ə) onlara belə müraciət edirdi: “Hər kəs islam Peyğəmbəri(s)-dən mənim barədə nə eşidibsə söyləsin”, onlar susurdular bir gün Peyğəmbər (s)-in səhabələrinin iştirakı ilə təşkil olunmuş möhtəşəm bir yığıncaqda Həzrət buyurdu: Sizlərdən hər kəs

من کنت مولا فهذا علی مولا

”(yəni hər kəsin mövlası[3] mənəmsə Əli onun Mövlasıdır[4]) hədisini Peyğəmbər (s)-dən eşidibsə qalxıb şahidliyini bildirsin, bir qrup qalxaraq öz şahidliklərini bəyan etdilər, lakin Ənəs[5] və onun kimilər haqqı deməkdən boyun qaçırdılar, bəziləri isə eşitdiklərimizi unutmuşuq deyə bəhanə gətirdilər.

Amma Əbu Rafe belə şəxslərdən tamamilə fərqli idi, o haqqı heç bir maneəsiz tam aşkarlığıla deyir və heç bir amil onu haqq və ədalət yolundan döndərə bilməzdi. Əbu Rafe Əli (ə)-ın xəlifəlik dövründə o Həzrətə sadiq qalaraq hədsiz şücaətlə öz dili və qələmi ilə müdafiə etdi. Əmirəl-möminin (ə)-ın hakimiyyətinin ilk günlərində Müaviyənin Şam şəhərində müxalifətçilik bayrağı qaldıranda və etiraz edən Təlhə və Zübeyir Bəsrəyə yollananda Əbu Rafe dedi: Peyğəmbər (s)-in tarix barədə zamanından əvvəl buyurduğu sözlər öz yerini tapdı, o Həzrətin Əli (ə)-a müxalif olanlar haqda buyurduqları Müaviyəyə, Təlhəyə və Zübeyirə aid imiş, islam Peyğəmbəri öz sözlərində bu Allah düşmənlərinin əleyninə cihada qalxmağı hamıya vacib edib.

Əmirəl- möminin Əli (ə)-ın xəlifəlik dövründə Əbu Rafein yaşı səksənlə doxsan arasında idi, amma qocalıq və bədən və cismin əldən düşməsi onun ruhunda zərrə qədər təsir qoymamışdı, əksinə onun qəlbi Peyğəmbər (s)-in Əhli -beytinə məhəbbət və Əli (ə)-ın düşmənlərinə olan nifrət hissləri ilə aşıb-daşırdı. Çox böyük ruh yüksəkliyi ilə möhkəm əqidə ilə Əli (ə)-ın dəstəsində Bəsrə peymanını pozanlara (Təlhə və Zübeyrə) qarşı vuruşdu və Kufəyə qayıdanda camaata üz tutaraq dedi: “ Bu gün heç kəsin mənim kimi məqam və fəzilətə malik deyil, Allah Rəsulu ilə iki peymanda iştirak etmişəm, onlardan biri “Əqəbə” beyəti digəri isə hüdeybiyyə hadisəsində olan “Rizvan” beyətidir və üç dəfə Allah yolunda hicrət etmişəm. Soruşuldu: Bu üç hicrət hansılardır? Əbu Rafe cavab verdi: Onlardan birincisi Cəfər ibni Əbutaliblə Həbəşəyə hicrətimdir, ikincisi Peyğəmbər (s)-lə Məkkədən Mədinəyə səfərimdir və üçüncüsü isə bu günki gündə Əmirəl-möminin Əli (ə)-la Kufəyə gedişimdir.”[6]

Bəli o öz imamı Əli (ə)-la həmişə birgə olmaq üçün Mədinədəki evini və Xeybərdə olan kiçik mülkünü sataraq hədsiz istək və şövqlə, Əli ibni Əbutalib (ə) şəhadət dərəcəsinə çatan günə qədər o Həzrətin hüzurundan ayrılmadı. Əli (ə)-ın şəhadətindən sonra isə iftixar hissi ilə İraqda imam Həsəni Müğtəba (ə)-mı xidmətçiliyində oldu, onlar Mədinəyə qayıdana qədər birlikdə idilər. Imam Həsən (ə) bu böyük islam şəxsiyyətinin fədakarlıqlarına təşəkkür məqsədi ilə, atası Əli (ə)-dan ona irs çatmış evi iki hissəyə bölərək bir hissəsini Əbu Rafeə hədiyyə etdi və Mədinənin kənarından bir parça torpaq sahəsi ona bağışladı. Sonralar Müaviyyə o evi Əbu Rafein adamlarından çox böyük qiymətə aldı.

Əbu Rafe İraqdan Mədinəyə köçəndən sonra qocalığının və imanının yolunda çəkdiyi zəhmətlərin nəticəsində, doxsan ildən artıq yaşda dünyasını dəyişdi.

Qeydlər:

[1] – (Maidə surəsi 55- ci ayə) Mühəddislərin (hədis nəql edənlərin) və tarixçilərin nəzərinə görə bu ayə Həzrəti Əli (ə) barədə nazil olmuşdur. Onların hamısı yekdilliklə qəbul edirlər ki, Əli (ə) namazda ruku vəziyətində öz üzüyünü yoxsula verdi və yuxarıda bəyan olunan ayə nazil oldu. Bu məsələ təfsir, kalam və hədis kitablarında geniş formada gətirilmişdir.

[2] – “Fehresti nəcaşi”, 3- cü səh

[3] – Yəni ağası, rəhbəri

[4] – Bu hədisi Peyğəmbər (s) sonuncu həcc ziyarətindən qayıdanda “Qədir xum” deyilən yerdə buyurmuşdu.

[5] – Peyğəmbər (s)- in səhabələrindən biri idi, o Əli (ə)-a müxalif çıxanlardan idi.

[6] – “Fehresti Nəjaşi” kitabı 4- cü səh

Paylaş:
Baxış sayı: 13155

Digər Məqalələr..

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.