Allaha iman və Onun razılığını əldə etmək

Allaha iman və Onun razılığını əldə etmək

İmam Sadiq əleyhissalam buyurur: Atam öz atasından belə nəql edir ki, kufəlilərdən bir nəfər Hüseyn ibni Əli əleyhissalama yazdı: Ey mənim ağam, dünya və axirətin ən xeyirli əməli barəsində mənə xəbər ver. Həzrət cavabında yazdı: Bismillahir-rəhmanir-rəhim. Amma sənin məsələnə gəldikdə isə, bilməlisən ki, həqiqətən hər kəs Allahın razılığını camaatın qəzəbi müqabilində əldə etmək istəsə, Allah onu camaatın işlərindən ehtiyacsız edər. Hər kəs camaatın razılığını Allahın qəzəbi müqabilində əldə etmək istəsə, Allah-taala o şəxsi camaata həvalə edər. Vəssalam.

Biharul-ənvar /71/208.
***
İmam Səccad əleyhissalam buyurur: Hər kəs Allah-taalanın ona vacib etdiyi şeylərə əməl etsə, onda o, ən yaxşı insanlardandır.

Kafi /2/81.
***
İmam Sadiq əleyhissalam buyurur: Hər kəs Allah xatirinə sevsə, Allah xatirinə nifrət eləsə və Allah xatirinə əta etsə, onda o, imanı kamil olan şəxslər sırasındadır.

Kafi /2/124.
***
İmam Həsən Əskəri əleyhissalam buyurur: İki gözəl xüsusiyyət vardır ki, onlardan üstün xislət yoxdur: Allaha iman və din qardaşlarına fayda çatdırmaq.

Biharul-ənvar /17/218

Paylaş:
Baxış sayı: 14489

Digər Məqalələr..

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.