Xızır(ə) hədisi

Xızır(ə) hədisi

Əl-Kafi Davud ibn Qasim Cəfəri İmam Cavaddan(ə) nəql edir:
Əmirəlmominin Həzrəti Əli(ə) Salmana söykənmişdi. Həsən ibn Əli(ə) da onunla birlikdə idi. O gəlib məscidul-hərama daxil oldu və oturdu. Bu zaman xoş görkəmli , xoş geyimli bir kişi gəlib möminlərin Əmirinə(ə) salam verdi. Əmir(ə) də salamın cavabını verdi. Kişi oturub dedi: “Ey möminlərin əmiri! Səndən 3 sual soruşacağam. Əgər onlara cavab verə bilsən, biləcəyəm ki, bu camaat sənin barəndə elə bir iş görüb ki, nəticədə məhvə məhkumdurlar. Onlar həm dünyalarında həm də Axirətlərində amanda olmayacaqlar. Əgər cavab verə bilməsən biləcəyəm ki, sən onlarla eynisən. ”
Möminlərin Əmiri(ə) buyurdu: “Nə istəyirsən soruş məndən.”
O dedi: “De görüm insan yatanda ruhu hara gedir? İnsan necə xatırlayır və necə unudur? Niyə insanın övladı əmilərinə və dayılarına oxşayır?”
Həzrəti Əli(ə) üzünü Həsənə(ə) tutub buyurdu: “Ey Əbu Məhəmməd, cavabını sən ver.”
Həsən (ə) cavabını verdikdə, kişi dedi: “Şəhadət verirəm ki, Allahdan başqa sitayişə layiq yoxdur və daim ona şəhadət verəcəm. Şəhadət verirəm ki, Məhəmməd(s.ə.a.s.) onun elçisidir və həmişə buna şəhadət verəcəm. Şəhadət verirəm ki , ey Əli sən Allah Rəsulunun(s) canişini , onun höccətini bərpa edənsən və həmişə buna şəhadət verəcəyəm. Şəhadət verirəm ki ey Həsən(ə) sən onun qardaşının canişini və ondan sonra onun höccətini bərpa edənsən. Şəhadət verirəm ki, Huseyn ibn Əli(ə) qardaşının canişini və ondan sonra onun höccətini bərpa edəndir. Şəhadət verirəm ki Əli İbn Huseyn(ə) Huseyndən(ə) sonra onun imamətini yaşadandır. Şəhadət verirəm ki, Məhəmməd ibn Əli(ə) Əli ibn Huseynin(ə) imamət vəzifəsini bərpa edəndir. Şəhadət verirəm ki, Cəfər ibn Məhəmməd(ə) Məhhəmədin(ə) imamətini yaşadandır. Şəhadət verirəm ki, Musa , Cəfər ibn Məhəmmədin(ə) işini bərpa edəndir. Şəhadət verirəm ki, Əli İbn Musa(ə) Musa ibn Cəfərin(ə) işini bərpa edəndir. Şəhadət verirəm ki, Məhəmməd ibn Əli(ə) Əli ibn Musanın(ə) işini bərpa edəndir. Şəhadət verirəm ki, Əli ibn Məhəmməd(ə) Məhəmməd ibn Əlinin(ə) işini davam edəndir. Şəhadət verirəm ki Həsən ibn Əli(ə) Əli ibn Məhəmmədin(ə) işini bərpa edəndir. Həsənin övladlarından olan bir kişinin imamətinə şəhadət verirəm. Onun adını və künyəsini dilə gətirmək zühur edib zülmlə dolmuş yeri haqq-ədalətlə doldurana qədər doğru deyil. Allahın salamı , rəhməti və bərəkəti sənin üzərinə olsun ey möminlərin Əmiri(ə).”
Bunu deyib qalxıb getdi. Həzrəti Əli(ə) buyurdu: Ey Əbu Məhəmməd onun dalınca get və hara getdiyini öyrən. Həsən ibn Əli(ə) qalxıb getdi və sonra dedi: “Məscidin qapısından çıxan kimi hansı tərəfə getdiyini anlamadım.” Sonra Həzrəti Əli(ə) yanına qayıdıb onu məsələdən agah etdi. O buyurdu: “Ey Əbu Məhəmməd ! Onu tanımadınmı?” Həsən(ə) buyurdu:”Allah, Onun Rəsulu(s) və möminlərin əmiri(ə) daha yaxşı biləndir.” Möminlərin əmiri(ə) buyurdu: “O Xızır(ə) idi.”

Paylaş:
Baxış sayı: 10300

Digər Məqalələr..

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.