Ummu Sələmənin(r.ə.) Aişə ilə söhbəti

Ümmü Sələmə (r.ə), Aişə ilə Cəməl müharibəsindən öncə bu döyüşə qatılmaması üçün onunla danışarkən belə deyir: “Ey Aişə! Xatırlayırsanmı ki, bir gün atanla (Əbu-Bəkr ilə) Ömər, Rəsulullahın (s) yanına gələrərk: “Sənin nə qədər yaşayacağını bilmirik, bizə bir xəlifə təyin etsəydin…”- demişdilər. Allah Rəsulu (s) da: “Mən Onun indi harada olduğunu bilirəm, ama sizə xəbər versəm, məhz Bəni-İsrailin Harunun ətrafından dağıldığı kimi Onun ətrafından dağlışarsınız. ”– deyə buyurdu və onlar da çıxıb getdilər. Daha sonra biz də Allah Rəsulunun (s) yanına gəlib: “O kimdir ya Rəsulullah?” – dediyimiz zaman: “O indi ayaqqabısını tikən şəxsdir.” – demişdi. Biz də ətrafa baxdıqda ayaqqabısını tikən yalnız Əlini görmüşdük. Allah Rəsulu (s) bizə xitabən: “Bəli, Mənim xəlifəm O’dur” – demişdi?” Ümmü Sələmənin bu sualına Aişə: “Bəli xatırlayıram” deyə cavab verdi. Ümmü Sələmə (r.ə): “Elə isə nəyə görə Onunla döyüşürsən?” – deyə soruşur. Aişə də cavabında: “Mən xalqın arasında islah etmək, düzəltmək istəyirəm” demişdir.” (“İbn Əbil Hədid, c.6 s.217 və 217.)

Əli (ə.s) Allahın höccəti, Rəsulullahın haqq xəlifəsi deyildimi? Ona itaət Allaha və Rəsuluna itaət etmək deyildimi? Əli (ə.s) bəşəriyyətin ən elmli, ən şücaətli, ən imanlısı deyildimi? Bu ümməti Əli İslah edə bilməyəcəkdi də, Aişə Əlini devirərək islahmı edəcəkdi? Xeyir! Aişə Əlinin Peyğəmbərin haqq xəlifəsi olduğunu çox gözəl bilirdi, sadəcə Əliyə qarşı kin, nifrət və buğzu onun gözünü və qəlbini kor etdi, Allah Rəsuluna sözləri və əməli ilə əziyyət edən Aişə, Onun haqq xəlifəsinə qarşı da əziyyət etdi. Haqq xəlifəyə qarşı çıxmaq küfr deyildirmi? Elə isə Aişəyə nə ad qoyaq?! Minlərlə insanın qanının axmasına, ailələrin başsız qalmasına, uşaqların yetim qalmasına, qadınların dul qalmasına səbəbkar olan bu qadına nə ad qoyaq? Sadəcə bir xətamı…? And olsun Allaha ki, əgər bu şeytanın hizbi imkan versəyi Əli elə bir hakimiyyət qurardı ki, heç bir millət, heç bir hökümət, heç bir ümmət o səadətin, o firavanlığın adını belə eşitməmişdir…

Həzrəti Əli (ə.s) Malik Əştəri, Misrə vali təyin etdikdə ona elə bir vəsiyyət məktubu yazaraq verir ki, o məktubun mətni insanı dəhşətə gətirir… Bəli! Dəhşətə gətirir! Bu gün ictimai qınağa qinaqla baxan avropa, özünü inkişaf etmiş sanan Avropa, mədəniyyəti sahəsində sanki bir inqilab etmişcəsinə fəxr edən Avropa, özlərində insan hüquqlarının yüksək dərəcədə qorunduğunu bar bar bağıran Avropa, 7-ci əsirdə İslam mədəniyyəti və qanunları çərçivəsində Həzrəti Əli (ə.s)-ın yazmış olduğu bu məktubu oxusun! Mən o məktubda yalnız bu cümləni qeyd edirəm: Baxın insan bərabərliyi və hüququnu Möminlərin Əmiri necə bəyan edir:
“Ey Malik, orada insanlarla ədalətlə davran! Unutmaki insanlar iki yönümdən səninlə qardaşdır! Biri dində qardaşındır, digəri cins də (yəni insanlıqda).”
Bu məktubun içində yer alan kəlamlardan biri idi, ki insanların irqindən, cinsindən, dinindən asılı olmayaraq bir-birləri ilə qardaş olduğunu bəyan edir. Baxın Allahın dini budur! Həzrəti Muhəmmədin dini budur! Həqiqi İslam budur! Daha İslam, özünə bomba bağlayaraq günahsız insanların içinə girərək özünü partladaraq dində və cinsdə qardaşın olanları məhv etmək demək deyil, namaz qılmadığına görə Allahu-Əkbər deyərək bir günahsız, ailəsi üçün çörək pulu qazanmağa çıxan bir müsəlmanı öldürmək deyil! Bu vəhhabilikdir, bu sələfilikdir! Bu Yəhudi və Xristianların arzusunu gerçəkləşdirən bir şeytanın yoludur!

Bütün bunların səbəbkarı Əhli-Beytin haqqını qəsb edən öncəki 3 xəlifənin və Aişənin timsalında onların yolunu gedənlərin günahlarının nəticəsidir! İmkan vermədilər ki, Həzrəti Əli (ə.s) İslamı cahillərin gətirib dinə daxil etdikləri bidətlərdən təmizləsin, O Həzrət hər an elə istədi ki, bu bidətləri dindən təmizliyə, İslam cəmiyyətini formalaşdıra, bir yandan “Böyük Cəməl”, “Kiçik Cəməl”, “Siffeyn”, “Xəvariclər” və sair və bir çox bu kimi döyüşlərlə münafiqlər O Həzrətə imkan vermədilər… Allahın Lənəti olsun o üçünə, O ikisinin iki qızına. Bu lənətin əvvəli olsun axırı olmasın!!!

Paylaş:
Baxış sayı: 12281

Digər Məqalələr..

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.