Məhrəmliyə səbəb olan südvermənin qaydaları

Məhrəmliyə səbəb olan südvermənin qaydaları

Məsələ 2440: Məhrəm olmağa səbəb olan süd vermənin 8 şərti var:
1. Uşaq diri qadının südünü əmsin. Deməli, əgər süd vermədə şərt olan südün bir qismini ölmüş qadının döşündən əmsə, faydası yoxdur (məhrəmliyə səbəb olmur).
2. O qadının südü şəri doğumdan olsun, hərçənd vətyi-şübhədən olsa belə; deməli, əgər doğumdan olmayan südü, yaxud zinadan dünyaya gəlmiş uşağın südünü başqa uşağa versələr, o süd ilə uşaq heç kəsə məhrəm olmaz.
3. Uşaq südü döşdən əmsin, deməli, əgər südü onun boğazına töksələr, təsiri yoxdur (məhrəmliyə səbəb olmur.).
4. Süd xalis olsun və başqa şeylə qarışmasın.
5. Məhrəmliyə səbəb olan süd bir ərdən olsun; deməli, süd verən qadına təlaq verilsə, sonra başqasına ərə getsə və ondan hamilə olsa, doğana qədər birinci ərdən südü qalsa, məsələn, 8 dəfə doğmamışdan qabaq birinci ərin südündən, yeddi dəfə isə doğandan sonra ikinci ərin südündən bir uşağa versə, o uşaq bir kəsə məhrəm olmaz.
6. Uşaq südü qusmamalıdır, əgər qussa təsiri yoxdur (məhrəmliyə səbəb olmur).
7. Uşağa süd vermək o miqdarda olsun ki, sümükləri o süddən bərkisin və bədəninə ət gəlsin. Əgər məlum olmasa ki, bu həddə yetişib ya yox, belə ki, bir gecə-gündüz, ya on beş dəfə sonrakı məsələdə deyiləcək şəkildə doyunca süd əmsə, yenə də kifayətdir, amma əgər uşağın bir gecə-gündüz ya ona on beş dəfə süd əmməsinə baxmayaraq bu südün uşağın sümüklərinin bərkiməsində və bədəninə ət gəlməsinə təsir olmadığı məlum olsa, belə hallarda ehtiyat-vacibə əməl etmək tərk olunmamalıdır. Deməli qeyd olunan hallarda gərək (onlarla) izdivac etməsin və məhrəmcəsinə nəzər salmasın.
8. Uşağın iki yaşı tamam olmasın. Əgər iki yaşı tamam olandan sonra ona süd versələr, bir kəsə məhrəm olmaz, hətta əgər iki yaşı tamam olmamışdan qabaq səkkiz dəfə və ondan sonra yeddi dəfə süd əmsə, bir kəsə məhrəm olmaz. Amma əgər, süd verən qadının, doğmasından iki ildən çox il keçsə və onun südü qalsa və bir uşağa süd versə, o uşaq deyilən kəslərə məhrəm olar.

Məsələ 2441: Keçən məsələdən məlum oldu ki, südün məhrəmliyə səbəb olmasının üç meyarı var:
1- Südü elə bir həddə əmsin ki, camaat arasında ət əmələ gəlməsinə, sümüyün bərkiməsinə səbəb sayılsın. Onun da şərti budur ki, yalnız südün (bu işdə) rolu olsun, onunla yanaşı yemək yeməsin. Amma bir az yemək yesə və deməsələr ki, təsiri olub, eybi yoxdur. Əgər iki qadından süd əmsə, belə ki, ət-sümüyün əmələ gəlməsinin bir qismi bir qadına, digər qismi isə ikinci qadına istinad edilərsə, onların hər ikisi süd anası sayılacaq. Əgər ikisinə birlikdə istinad verilsə, haramlığa (məhrəmliyə) səbəb olmaz.
2- Zaman hesabı ilə; onun da şərti budur ki, bir gecə-gündüz əsnasında yemək yeməsin, yaxud başqa bir kəsin südünü əmməsin. Amma əgər su içsə, ya dərman qəbul etsə, ya çox az yemək yesə, belə ki, «arada yemək yeməyib» deyilsə, eybi yoxdur. Gecə-gündüz boyunca ardıcıl olaraq ehtiyac duyduğu, ya meyl etdiyi zaman süd yesin və bunun qarşısı alınmamış olsun. Hətta ehtiyat-vacibə görə, gecə-gündüzün əvvəlini o vaxtdan hesablamalıdırlar ki, uşaq acmış olsun, axırı isə onun doyduğu vaxtdır.
3- Sayın hesablanması, yəni on beş dəfəni bir qadının südündən əmsin və on beş dəfənin əsnasında başqa kəsin südündən əmməsin. Amma onların arasında yemək yeməsinin zərəri yoxdur, on beş dəfənin arasındakı zaman fasiləsinin də eybi yoxdur, hər dəfə də kamil süd əmməlidir. Yəni, ac olsun və tam doyuncaya qədər süd əmsin. Amma əgər süd əmən zaman nəfəs çəksə, ya bir az gözləsə, belə ki, birinci zamandan ki, döşü ağzına alıb əmsin, doyana qədər bir dəfə hesab olsa, eybi yoxdur.

Məsələ 2442: Əgər qadın öz ərinin südündən başqa uşağa süd versə və sonra başqa ərə getsə və ikinci ərinin südündən bir uşağa süd versə, o iki uşaq bir-birinə məhrəm olmaz.

Məsələ 2443: Əgər bir qadın bir ərin südündən bir neçə uşağa süd versə, onların hamısı bir-birinə, ərə və süd verən qadına məhrəm olarlar.

Məsələ 2444: Əgər bir kəsin bir neçə arvadı olsa və onların hər biri dediyimiz şərtlər ilə süd versə, o uşaqların hamısı bir-birinə, ərə və o qadınların hamısına məhrəm olurlar.

Məsələ 2445: Əgər bir kəsin iki süd verən arvadı olarsa və onların biri, məsələn; uşağa səkkiz dəfə və o biri yeddi dəfə süd versə, o uşaq bir kəsə məhrəm olmaz.

Məsələ 2446: Əgər bir qadın bir ərinin südündən bir oğlan və bir qıza kamilən süd versə, o qızın qardaş və bacısı, o oğlanın qardaş və bacısına məhrəm olmazlar.

Məsələ 2447: İnsan öz arvadının izni olmadan süd əmməklə o arvadın bacısı qızı, ya qardaşı qızı olan qadınlar ilə izdivac edə bilməz. Həmçinin, əgər nabaliğ bir oğlan ilə ləvat etsə, o oğlanın qızı, bacısı, anası və nənəsi ki, rizaidirlər, yəni süd əmməklə onun qızı, bacısı və anası olub, onu özü üçün əqd edə bilməz. Bu hökm, ehtiyat-vacibə əsasən ləvat edənin baliğ olmadığı və ya ləvat olunanın baliğ olduğu hala da aiddir.

Məsələ 2448: İnsanın qardaşına süd verən qadın insana məhrəm olmaz.

Məsələ 2449: İnsan, iki bacı ilə, süd əmməklə bir-birilə bacı olsalar da, izdivac edə bilməz. Belə ki, iki qadını əqd etsə və sonra başa düşsə ki, onlar bacı imişlər, onların əqdi eyni vaxtda olmuşsa, hər ikisi batildir və əgər bir vaxtda olmayıbsa, «birinci» əqd səhih, «ikinci» əqd batildir.

Məsələ 2450: Əgər qadın öz əri ilə əlaqədar olan süddən, sonradan deyiləcək kəslərə süd versə, əri ona haram olmaz.
1. Öz bacısı və qardaşına.
2. Öz əmi, bibi, dayı və xalasına və onların övladlarına.
3. Öz nəvələrinə, hətta qız nəvəsi ilə əlaqədar (südvermədə) qızının onun ərinə haram olması ilə nəticələnir.
4. Öz qardaşı uşağına, ya bacısı uşağına.
5. Öz ərinin qardaşına, ya bacısına.
6. Ərinin qardaşı uşağına və ya bacısı uşağına.
7. Ərinin xala, dayı, əmi və bibisinə.
8. Öz ərinin başqa arvadından olan nəvəsinə.

Məsələ 2451: Əgər bir kəs insanın xalası qızına ya bibisi qızına süd versə, ona məhrəm olmaz.

Məsələ 2452: İki arvadı olan kişinin, əgər o iki arvaddan biri o biri arvadın əmisi uşağına süd versə, o arvadın ki, əmisi uşağı süd əmib, öz ərinə haram olmaz.

Paylaş:
Baxış sayı: 9965

Digər Məqalələr..

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.