Xums

0
0

Salam.
Xumsun sərf olunmasını dəqiqləşdirmək istəyirəm.Xums pulunu iki yerə böldüm.
Seyyid payını verirdim.İmamın pulunu dəftərxanaya göndərirdim.
Bir inandığım ruhani dedi ki Ağa Sistani imama çatmalı olan hissənin də Azərbaycanda xərcləməyə icazə verir.
Suallarım belədir.
1.Mən özüm Seyyid payını ehtiyaclı seyyidə verə bilərəm?
2.Ağa Sistanin belə fətvası var ya yox?
3.Əgər Ağa Sistanin belə fətvası varsa (yəni mən özüm o pulu Azərbaycanda xərcləyim) mən o pulu hara xərcləməliyəm?Kasıba ya tələbəyə ya camaatın ümumi işlərinə olar?yol düzəltmək kimi su çəkmək kimi və s .
Çox sağ olun.

0
0

1. Seyyid malını özünüz fəqir və mömin bir seyyidə verə bilərsiniz.

2. Adil bildiyimiz şəxslərin yanında Seyyid Sistani həzrətləri dəfələrlə bu icazəni verdiyini bildirib.

3. Xümsün təyinatından xəbərdar olan adil bildiyiniz şəxslərə verə bilərsiniz.

1 nəticə görsənir
Sizin cavabınız