Vilayəti fəqih

0
0

Salam. Mən Ayətullah Sistaninin etiqadının həsbiyyə vilayətinə olduğunu bilirdim. taki dəftərxanasından olan mətnin sonundakı “cəmiyyətin nizamının tənzim olunması ilə bağlı məsələlərdə fəqihin vilayəti üçün bir sıra şərtlər zəruridir, bunlardan biri də möminlərinin əksəriyyətinin razılığıdır.” bu yazını görənə qədər. Deyilirki hər kəsin rəhbəri onun təqlid etdiyi müctəhiddir. elədirsə bu mətnin sonu axı Sistani ağanın etiqadının həsbiyyə vilayətə olmamasını göstərir.çünki bir neçə şərtlə belə çıxırki Fəqih cəmiyyətin həsbiyyə işlərindən kənar işləridə görə bilər.misal möminlərin razılığı olsa.buda artıq şərtlədə olsa mütləq vilayəti fəqih məsələsinidə qəbul etməsi demək olur. bu fikirlər düzü məni çaşdırdı.çünki hər kəsin müctəhidi özünə rəhbər idisə bəs möminlər seçsə cəmiyyətin nizamıyçun birini o zaman başqa rəhbərdə işə qarışır.gərək onunda dediklərinə riayət edilə. bu məsələ ilə bağlı aydınlıq istəyərdim

0
0

Fikriniz düzgündür. Lakin etdiyiniz çıxarılış yanlışdır. Ağanın qeyd etdiyi məsələdən çıxan nəticə, hansısa başqa müctəhidin vilayətini qəbul etməsi və ya onu təsdiq etməsi anlamına gəlmir. Əksinə qəbul etmədiyinin göstəricisidir. Yəni qeyd olunan şərtlərdən biri, möminlərin əksərinin razılığı heç bir müctəhidin rəhbərliyi üçün olmayıb , bir halda ki ən çox müqəllid Ağanın özün olduğuna görə, əslində bu sözün Seyyid Sistaninin özünə aid olması aşkar olur. Lakin Seyyid Sistani bu iddianı etmədiyindən mövzu barədə daha açıq aydın rəylər verilməyib.

Hər bir halda Seyyid Sistaninin fəqihin vilayəti haqqda verdiyi rəy budur:

Fəqihlərin (Аllаh оnlаrdаn rаzı оlsun) sözlərində “umurul-hisbiyyə” (insan hüquqlarının və cəmiyyətin nizamının qorunması; məsələn, yetimlərə qəyyum təyin etmək, vəqf olunmuş əmlakın idarə olunması, ictimai mənafeyin qorunması və s.) kimi ifаdə оlunаn vilаyət, təqlid şərtlərini özündə cəm еdən hər bir fəqihə аiddir. Müsəlman cəmiyyətinin nizamının asılı olduğu ümumi işlər isə, vilayətin daha geniş mənasını ifadə edir. Qeyd olunan vilayət fəqihlərdən kimin üçün sabit olarsa, onun (vilayətin) tətbiq olunmasının şəraiti üçün də əlavə şərtlər vardır ki, onlardan biri də həmin fəqihin möminlərin nəzərində ümumi şəkildə qəbul olunmasıdır.
1 nəticə görsənir
Sizin cavabınız
Post as a guest by filling out the fields below or if you already have an account.
Adınız*
E-poçtunuz (vacib deyil)
Website