Teqiyye

Cavablandırılıb
0
0

Salamlar Teqiyye nedi niye hemise bir insan pis veziyyetde qalanda deyir teqiyye ile deyilib meselen Ehli sunne ile sohbet edende meselen Imam Eli a.s xeyber gunu muta ve eşek etini haram edib mene sual verende sorusmusam 1,2 neferden deyirki burda Imam Eli a.s teqiyye ile deyib fikirlesiremki meyeq imam Eli a.s yalan danisib yoxsa kimnense cekinib bunu deyib ve biz bunu teqiyye adlandiririq buna cavab versez sevinerdim deqiq olsa yaxsi olar Insaallah

Mükəmməl cavab
0
0

Aleykum salam
Təqiyyə dini və ya möminləri, sağlamlığını və ya canını qorumaq üçün bir şeyi məcburən başqa cür etməkdir. Məsələn cəfəri məzhəbindən olan bir kəs xilaf əhlinin içinə daxil olarkən cəfərilər kimi namaz qılacağı təqdirdə canına malına bir təhlükə hiss edərsə onlar kimi namaz qıla bilər. Buna təqiyə deyilər. Təqiyyə müasir cəmiyətimizdə təəssüflər olsun ki adətən yalan danışılan yerlərdə işlədilir. Lakin təqiyə yalan danışmaq deyil, zəruri istisna hallarda möminləri qorumaq üçündür.
Qaldı ki Həzrəti ƏLİ əleyhissalamın bir şeyi bir məkanda müvəqqəti qadağan etməsinə, bu kimdənsə qorxduğu üçün deyil də, həmin zamanın tələbinə o cür uyğun olmasından irəli gələn məsələdir.
Həm də təqiyyə düzgün edilirsə bunun adına qorxmaq demək düzgün deyil. Bir halda ki şəriət bizdən namazı əlləri aşıq qılmaq tələb edirsə, canımız malımız təhlükədə olduğu zaman da əlləri bağlamağı bizə vacib edir. ALLAH üçün möminlərin izzəti çox şeydən daha üstündür.
ALLAH müvəffəq eləsin…

1 nəticə görsənir
Sizin cavabınız
Post as a guest by filling out the fields below or if you already have an account.
Adınız*
E-poçtunuz (vacib deyil)
Website