Təyənnüm

0
0

Salam aleykum.

Risalədə qeyd olunan müəyyən səbəblərə görə su ilə qusl ala bilməyən şəxs, cənabət quslu əvəzinə təyənnüm etsə və bu təyənnümlə vacib namazları və s, yerinə yetirsə və namazdan sonra üzürü aradan qalxsa su ilə qusl almağa şərait yaransa, həmin şəxs cənabət quslu əvəzinə aldığı təyənnümü təzələyərək yenidən su ilə cənabət quslu almalıdırmı ?
Yəni qusl əvəzinə edilən təyənnüm müvəqqətidirmi ?
Yoxsa təyənnüm kifayət edir, ikinci dəfə su ilə qusl almağa ehdiyac yoxdur ?

Təqlid Sistani ağa.
Öncədən təşəkkür.

0
0

Bəli, təyəmmümü gərəktirən hal aradan qalxdığı zaman qüsl edilməlidir.

1 nəticə görsənir
Sizin cavabınız