Demişdiz ki,təlagı yalnız kişi verə bilər.Qadın istəsə boşanmaq gərək müctehidini və ya nümayəndəsin tapsın.Və yenə dediniz ki,Sistani aga İranda yaşayır,Az.da nümayəndəsi yoxdu.Mənimsə,Az.dan kənara cıxmaga imkanım yoxdu.Yəni,agaya və ya nümayəndəsinə də əlim catmır.Yoldaşım da hədsiz əsəb xəstəsidi,psix kimidi.Boşanmaga öz ayagıyla gəlməz,asanlıqla təlaq verməz.Bunun bir yolu olmalıdı mütəq.Onun ucbatından xəstəlik tapdım mən,belə insanla yaşamag mümkün deyil,kömək edin mənə xahiş edirəm .Onsuz da artıq ayrılıb,ata evinə gəlmişəm,cehizlərimi də qaytarmışıg.bircə təlaq qalıb,yəni onsuz da ayrılacam.Geri yol yoxdu.Xahiş edirəm düzgün və mümkün yol göstərin.Allaha əmanət.
- Bətül soruşub 9 il əvvəl
- last edited 9 il əvvəl
Salam
Seyyid Sistani İraqda yaşayır. Nümayəndəsi İranda var. Ötən suallarınızda da demişdik özünüz gedməsəniz də olar. Adınızdan bir nəfər vəkil gedə bilər. Lakin əgər sizinlə ailə olmaqdan imtina etməyib, məsrəflərinizi ödəməkdən, yəni ailəsinə baxmaqdan boyun qaçırmırsa bu halda təlaq oxutdurmaq bir az çətin işdir. Hər bir halda nümayəndəyə müraciət edə bilərsiniz.
- Kerbelayi Anar Huseyni cavablandırdı 9 il əvvəl