Siğorta pulunun xümsünün hesablanması

3
0

Bismillahir Rahmanir Rahim. Əssəlamu aleykum. Sualım bundan ibarətdir ki, mən siğrotaya qoşulmuşam. Beləki siğortanın şərtlərinə görə 3 il ərzində maaşımın bir hissəsi siğprtaya gedir və mən bu 3 il ərzində ora yığılan məbləğdən istifadə edə bilmirəm. Maaşdan özümə qalan hissənin illik xərcimdən artıq qalan hissəsinin isə xüms vaxtı çatdıqda ödəyirəm. Siğortaya yığılan hissənin xümsü necə hesablanmalıdır? Hər il üçün siğortaya yığılan məbləğin xümsünümü ayırlmalıyam, yoxsa 3 ilin sonunda xümsü əldə etdikdən sonramı ödəməliyəm? 3 il tamam olduqda siğorta şirkəti pulu mənə verdikdə mən həmin il xümsü çıxartmalıyam(beləki 3ci ilin tamamı ilə xümsümün vaxtı eyni günə düşür) yoxsa bir il keçdikdən sonra o puldan xərclədiyim hissədən əlavə qalan hissənin xümsünümü ödəməliyəm? Məsələn bu gün mənim xüms günümdür və mənim illik xərcimdən artıq qalan hissənin xümsünü çıxartmışam. Həmin gün başqa bir işdən gəlir əldə edirəm. Belə olanda həmin gəlirində xümsü hesablanmalıdırmı yoxsa həmin gəlir növbəti ilin gəlirindən sayılır və növbəti ilmi onu nəzərə almalıyammı? Təqlidim Sistani ağayadır. Öncədən təşəkkürlər.

0
0

1. Dərhal çıxarmaq imkanınız yoxdursa o sığortadaki pulu əldə etdikdə çıxarmalısınız. 
2. Sadəcə məvacibə aid deyil , əldə etdiyiniz hər bir mala aiddir.
3. Hədiyənin xümsü o zaman olur ki ona əvvəlcədən ehtiyac olmasın.
4. İllik qazancı hesablamaq lazım deyil. Xüms günü yetişdikdə əlinizdə olan malı hesab edib onun xümsünü ayırmalısınız.

0
0

Əssəlamu aleykum. Öncəliklə sualı cavablandırdığınız üçün təşəkkür edirəm. Cavabda qeyd etmisiniz ki, xüms günü gəldikdə siğortada yığılan pulunda xümsü verilməlidir. Məsələ burasındadır ki, mən o pulu istifadə edə bilmirəm. Məbləğin yığıldığını göstərir ancaq mən o məbləği yalnız 3ilin sonunda işlədə bilirəm. Digər bir məsələ mən o pulu istifadə edə bilmədiyim üçün yığılan məbləğin xümsünüdə verə bilmirəm. Bir örnək verim. Fərz edək ki, aylıq 1000 manat maaş alıram. Bunun 500ü siğorta şirkətinə gedir. 500 isə özümə qalır. Xüms günunə qədər 6000 pul yığılır. Xüms günü gəldikdə sizin cavaba əsasən mən 1200 manat xüms çıxartmalıyam. Belə olan halda mən bu pulu necə ödəyəcəm? Əlimdə onu ödəyəcək məbləğ yoxdur axı? Əlimdə olan sadəcə hər ay mənə qalan 500 manatdan xüms gününə qədər xərcimdən artıq qalan hissədir ki onun zatən 5də birini xüms olaraq ayırmışam. Bundan əlavə sonda qeyd etdiyiniz “Əgər məsələn xüms iliniz ayın 5dirsə, 4dən 5nə keçən gecə saat 00.00dan , 5dən 6na keçən gecə saat 00.00a qədər əlinizə gələn hər bir gəlirin xümsünü ayırmalısınız.”  Bu hökm sadəcə məvaciblər üçündür yoxsa hər şeyə aiddir? Məsələn xüms günü biri mənə telefon bağışlayır. Mən 1il ərzində o telefonu işlətmədiyim halda növbəti il onun xümsünü verməliyəm. Məsələn mənim xüms günüm ramazanın 1ci axşamıdı. Keçən ilin ramazanın şamından bu ilin ramazanın şamına qədər mənim illik gəlirim 10000 olub, xərclərim isə 7000. Onda mən şam azanında sonra yerdə qalan 3000 xümsün çıxartmalıyam düzdürmü? Şamdan sonra əldə edəcəyim gəlir növbəti ilin gəliri hesab olunmuru? mən hələ heç bilmirəm ki, əldə etdiyim bu gəlir növbəti ilə qalacaq ya yox

0
0

Xüms günü yetişdikdə, sığortada sizin adınıza yığılan pulun xümsünü verməlisiniz. Çünki o sizin qazancınızın bir qismidir. Gələn ilin həmin günündə artan qismin xümsünü verəcəksiniz. Məsələn ayın 5i xüms gününüzdürsə, o zaman o aya qədər yığılan qism və 5 günlük əmək haqqınızı hesablayıb 5də birini ayırmalısınız . Sığortadan əlavə olan pullara isə, həmin gün də əlinizə başqa gəlir gəlsə 5də birini ayırmalısınız. Əgər məsələn xüms iliniz ayın 5dirsə, 4dən 5nə keçən gecə saat 00.00dan , 5dən 6na keçən gecə saat 00.00a qədər əlinizə gələn hər bir gəlirin xümsünü ayırmalısınız.

3 nəticə görsənir
Sizin cavabınız
Post as a guest by filling out the fields below or if you already have an account.
Adınız*
E-poçtunuz (vacib deyil)
Website