Uca Allahın salamı olsun sizlərə. Biz bilirik ki, saqqal saxlamaq Məhəmməd Peyğəmbər (s) sünnəsidir. İş yerində saqqal saxlamağa icazə vermirlərsə bunun hökmü nədir? Qeyd edim ki, iş yeri üzün təmiz qırxılmasını istəyir. Öncədən təşəkkür edirəm.
- Qismət soruşub 10 ay əvvəl
- last edited 10 ay əvvəl
Salam
Saqqalın təmiz qırxılmasının haramlığı ehtiyyata əsasəndir. Məcburiyyət olarsa, belə ki o işə getmədiyi təqdirdə ac qalmaq, ailənin vəziyyətinin pisləşməsi və ya ümumən sıxıntılara yol açacaqsa , yeni bir iş tapana qədər ki bu cür qadağalar olmasın, işləmək olar.
- Kerbelayi Anar Huseyni cavablandırdı 10 ay əvvəl
