Salavat

0
0

Salam qardash. Ilahi,oz dua ve rehmetini nazil ele ereblerden olan Peygemberimiz ve onun ailesine- bu salavatda ereblerden olan sozu kecir,munkundurse niye peygemberin ereblerden oldugu vurgulanir cavablandirardiniz,cunki bu suali cox verirler ve dinde milli mensubiyyetin olmadigini esas tuturlar. Allah Sizden razi olsun

0
0

Salam.

Əvvəla bu sözlər düzgün deyil. Kim deyir ki, din milli mənsubiyyəti inkar edir? Əgər Qurana nəzər salsanız, “Bəni İsrail” surəsi adlı bir surə mövcuddur. Bu özü bir millətin adıdır və eləcə də sair qövmlərdən bəhs edir. Bu qövmlərin adlarının Quranda zikr olunması, bu qövmlərin başqa qövmlərdən üstün olması anlamına gəlməz. İslam və Quran insanların milli mənsubiyyət baxımından deyil, yalnız təqva baxımından üstünlüyünün ola biləcəyindən bəhs edir.
Və deyilən duada da Peyğəmbərin ərəblərdən olması qeydi, ərəblərin digər millətlərdən üstünlüyünə dəlil sayılmaz..

1 nəticə görsənir
Sizin cavabınız