salam evdə laminatın (su hopdurmayan və ya düşən kimi silinib daxilinə getməyə ehtimalı yoxdu) yerə düşən nəcasətin əslini siləndən sonra üzərinə 1 dəfə kür su tutsam və suyun axıb gedəcək yeri olmasa, yerdə qalan suyu silib evə yaysam paklanmış sayılır? Zəhmət olmasa açıq-aydın fomrada izah verərdiz həm kür su ilə həmdə az su ilə dediyim məsələni paklamağı. Saytda bununla bağlı suallara baxanda çox lokanib cvb verilir, bilmək olur tam məsələni. Misal üçün cavabların birində deyilir su töksən kifayət edir, amma qeyd olunmur hansı növ su neçə dəfə və s.
- Şəmsəddin soruşub 3 ay əvvəl
- last edited 2 ay əvvəl
Nəcisin üzərinə tökülən suyu yaymaqla pak edilməz, əksinə nəcasəti yaymış olursunuz.
Bunun üçün nəcis olan yerə su axıtdıqdan sonra suyu əski və ya başqa mümkün olan vasitələrlə oradan yığmaq lazımdır.
- Kerbelayi Anar Huseyni cavablandırdı 2 ay əvvəl
