Şəri suallara cavab

0
0

Salam. Mən Bakida Avropa, Asiya mətbəxi olan bir restoranda aşbaz işləyirəm. O restoranda hazirlanan qida məhsullarının əksəriyəti Xaricdən qeyri müsəlman ölkələrindən gətirilir, hətta ət məhsullarinin 95%-i də qeyri müsəlman ölkələrindən gəlir və ət məhsullarinin halal olmasinada əmin deyiləm ama restoranin müdüriyyəti deyir ət məsullari qeyri müəlman ölkələrindən gəlməyinə baxmayaraq halaldir cünki ət məsullarini aldiqmiz firmalar bizə hallaliq sertifqati gösdərib.
Həmin restoranda ickidə satilir ama mənim ickilərlə hec bir əlaqəm yoxdur (onlarin satişinda, çatdirilmasinda v.s) Amma orada hazirlanan yeməklərin hazirlanmasinda mənim də əməyim kecir yəni məndə yemək hazirlayiram ora gələn qonaqlar üçün. Hazirlanan yeməklərin bir çoxunun halal və ya haram olmasina əminliyim yoxdur. (Nəzərə alin ki, həmin o yeməklərdən mən yemirəm ehdiyatlaniram ki haram olar, yəni mən özumə rəva görmədiyimi qonaqlara hazirlayib verirəm. Amma eyni zamanda bunu bilmirəm ki,ora gələn qonaqlar üçün haram-halal sərhəddi varmi çünki ora gələn əksər qonaqlar xarici vətəndaşlardir çoxu qeyri müsəlmandir.)
Və bunuda qeyd edim ki, mənim əmək haqqim restoranda satilan ümumi məhsullarin (restoranda satilan içkilərin, yemək məhsullarinin v.s) qazancindan hesablanib ayliq maaş verilir.
Sualim budirki mənim bu restoranda işləməyim doğrudurmu?
Oradan aldiqim əmək haqqi haram hesab olunurmu?
Ama bunu da nəzrə alin ki, mən orada məcburiyyət qarşisinda qalib işləyirəm. Çunki Ailəmizin ehdiyaclari coxdur biz ailəlikcə kirayədə qaliriq.
Başqa maaşi normal olan işdə tapa bilmirəm.
Başqa işlər olsada ama maaşi azdir oda bizim ailə rasxodumuzu ödəmir.
Xahiş edirəm suallimi cavablandirasiniz.
(mən Xamenei ağanin müqəlidiyəm)

0
0

Salam

Qeyd olunan halda işləməyiniz icazəlidir, aldığınız əmək haqqıda haramlıq yoxdur

1 nəticə görsənir
Sizin cavabınız