Salam Aleykum. 1. Bağışdıyın sualıma görə sual vermək isdiyirəm. Şəhvət hissinə necə qalib gəlmək olar? Məsələn dua zikr varmı? 2. Məndə arada olur Namazlarımı gecikdirəm necə edə bilərəm ki, Allahdan daha çox qorxum namazlarımı vaxtında qılım. 3. Bir çox hədislərdə buyrulur ki, insandan soruşulacaq ilk şey namazdır bəzilərində isə günahsız yerə axıdılan qanlardır. İnsandan soruşulan ilk şey nə olacaq? Və İnsandan ilk namaz soruşulacaqsa Peyğəmbər (s) gəlməmişsən qabaq namaz yoxuydu o insanlardan nə soruşulacaq? 4. Camaat namazı necə qılınır 17 yaşım var qıldıra bilərəmmi? 5. Sübh namazına dura bilmirəm dua zikr varmı ki dura bilim? 6. Şeytanın vəsvəsələrindən necə qurtulmaq olar? Dua zikr deyirəm amma yenədə getmir. 7. Bir naməhrəm danışmaq olarmı amma ki, evlilik qəsdi ilə yəni bir birini isdiyin böyüyəndə evlənəcəklərini desələr danışmaqları günah sayılırmı?
Əgər çox oldusa bağışdıyın. Allah razı olsun. Təşəkkürlər.
- Əli soruşub 9 il əvvəl
- last edited 9 il əvvəl
Aleykum salam
1. Şəhvət hissinə qalib gəlməyin yolu evlilikdir. Buna imkan olmadıqda oruc tutaraq qalib gəlmək olar.
2. ALLAHDAN qorxmaq təqlidi məsələ deyildir ki xüsusi bir yolu olsun. ALLAHIN sevmədiyi işlərdən uzaq durmaq möminin vəzifəsidir.
3. İnsanın sorğusu namazla başlayacaq. Bu mənadaki namaz olmadıqda digər işlərin faydası olmaz.
4. Camaat namazı 2 və daha artıq insanın iştirakı ilə qılınır. Pişnamazın şərtləri sizdə varsa qıldıra bilərsiniz.
5. Bunu oxuyub yatsanız kömək olar:
Qul innəma ənə bəşərun mislikum. Yuha iləyyə ənnəma ilahukum ilahun vahid. Fəmən kanə yərcu liqaə Rəbbihi fəlyə’məl əmələn salihən və la yuşrik biibadəti Rəbbihi əhəda
6. Nas və fələq surələrini oxuyun
7. Şəhvət və harama düşürən ehtimal olduğu halda danışmaq haramdır.
- Kerbelayi Anar Huseyni cavablandırdı 9 il əvvəl