Səfərdə namaz

0
0

Səlamun aləykum. Sualım budur ki, mən işə düzəlmişəm, bu gündən yaşadığım rayondan başqa bir rayona 4 aylıq işləməyə gedirəm. Amma, hər həftənin 6-cı bazar günləri öz rayonumuza qayıdacam. Mənim orda olduğum müddətdə yaxud getdiyim birinci həftənin namazın hökmü nədir? İkinci həftənin namazımın hökmü nədir? Öncədən təşəkkür edirəm.

0
0

Getdiyiniz səfərdə,məntəqənizin çıxışından getdiyiniz yerə qədər əgər yolunuz gediş – gəliş birlikdə 44 kmdən çoxdursa,  namazı qəsr şəklində qılmalısınız.
Çünki , hər səfəriniz 5 gün çəkəcək deyə 10 gün iqamət qəsdi edib bütöv qıla bilməzsiniz. Qaldığınız yerin sizə müvəqqəti vətən olması üçün ilin ən azı 6 ayı ya iki ilin ümumilikdə 6 ayı orda qalmalısınız ki sualda da elə bir qeyd olmadığına görə ora sizə müvəqqəti vətən olmur və namazı qəsr qılmalı olursunuz. 4 ay səfər etməyiniz sizə çox səfər edən adı qazandırmaz ki bu səbəbdən bütöv qılmış olasınız. Xülasə namaz dediyiniz o hala görə qəsr şəklində qılınacaq. Bu halda namaz yalnız o zaman bütöv olacaq ki siz ilin ən azı 6 ayı bu cür səfərlərdə olasınız. Bu halda siz çox səfər edən sayılırsınız və hər yerdə namazı bütöv qılırsınız.
Əlavə yarana biləcək suallara da mümkün qədər izah verməyə çalışdıq.

1 nəticə görsənir
Sizin cavabınız