Riba,Sələm(Faiz)

Cavablandırılıb
0
0

Salam Aleykum. Mənim sualım bundan ibarətdir ki, bir ailədə 3 nəfər şəxs var 1)ANA 2)QARDAŞ 3)BACI. Ananın gəliri sırf sələmnəndir. Övladı dəfələrlə çəkindirib bundan, lakin valideyn deyir məcburuq vəziyyət yaxşı deyil. Övladıda uzun müddət işsiz idi təzəlikcə işlədi bir aylıq indi yenə işsizdi. Məsələ budurki bu evdə bircə ibadət əhli oğul övladıdır. Anası suyun, qazın, işığın pulun sələmli pul ilə ödəyir. Bu adamın dəstəmazı batildirmi? Və qazda bişirilən yemək(övladı o yemekden yemir ribadır deyə) haramdırmı.? İşıqdan istifadəsi necə? Xahiş edirəm bu suallara geniş şəkildə yazın mümkün qədər.

Mükəmməl cavab
0
0

Salam

Əvvəla ribadan qazanılan pul ilə öz pulu qarışıqdırsa, bu pula haram demək olmaz. Çünki içində halal da var.
Yox əgər məxsusi artıq aldığı hissədəndirsə, əgər bu artığı verən adam halal edibsə, xərcləmək olar. (Təbiiki görülən iş haramdır. Bu heç).
Yox lap halallıq alınmayıbsa da, ödəniş muamileyi-zimmi olduğu üçün, su qaz işıq da mübah olur.

1 nəticə görsənir
Sizin cavabınız