receb ayinda qilinan 12 ruketlik namazi nece qilim?

3
0

Receb ayinda 12ruketlik namazi nece qilmaq lazimdi? Her ruketde ne demek lazimdi? Qunut varmi bu namazda? Her 2ruketden bir niyyet elemek lazimdi?

5
0
Salam

Rəğayib gecəsinin namazını soruşursunuzsa, buyurun:

Bu namazın qılınma şərtlərindən biri ORUCdur. Belə ki, Rəcəb ayının ilk cümə axşamı (4-cü gün) günü oruc tutursan. Həmin günü, yəni Cümə gecəsi iftarı açdıqdan sonra şam və xiftən namazlarının arasında 12 rükətlik namaz qılırsan. Hər iki rükətdən bir salamı deyirsən. Sonra qalxıb təkbir deyərək (Allahu Əkbər) növbəti iki rükəti qılırsan. Hər rükətdə də bir dəfə Həmd, üç dəfə Qədr, on iki dəfə İxlas surəsini oxuyursan.
1. HƏMD SURƏ:
Bismillahir-Rəhmanir-Rəhim. Əlhəmdulillahi rəbbil aləmin. Ər-rəhmanir-rəhim. Maliki yaumiddin. İyyakə nəabudu və iyyakə nəstəin. İhdinəs sıratəl mustəqim. Sıratəl ləzinə ən əmtə əleyhim ğeyril məğzubi əleyhim vələzzallin.
2. QƏDR SURƏSİ:
Bismillahir-Rəhmanir-Rəhim. İnnə ənzəlnəhu fi ləylətil-qadr. Vəma ədrakə ma ləylətul-qadr. Ləylətul-qadri xayrun min əlfi şəhr. Tənəzzəlul-məla-ikətu vər-Ruhu fihə bi-izni rabbihim min kulli əmr. Səlamun hiyə hətta mətləil-fəcr.
3. İXLAS SURƏSİ:
Bismillahir-Rəhmanir-Rəhim. Qul huvəllahu əhəd. Allahus saməd. Ləm yəlid və ləm yuləd. Və ləm yəkul-ləhu kufuvən əhəd.
1. Namazdan sonra 70 dəfə deyirsən:
اَللَّهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ النَّبِىِّ اْلاُمِّىِّ وَعَلَى آلِهِ
“Allahummə salli əla Mühəmmədin-nəbiyyil-ummiyyi və əla alih”
Tərcümə: “İlahi, Məhəmməd peyğəmbərə və onun ailəsinə öz rəhmətini göndər”
2. Sonra səcdəyə gedib 70 dəfə deyirsən:
سُبُّوحٌ قُدُّوسٌ رَبُّ الْمَلاَئِكَةِ وَالرُّوحِ
“Subbuhun quddusun rabbul-məlaikəti vər-ruh”
Tərcümə: “İlahi, Sən çox paksan, çox müqəddəssən, mələklər və ruhun rəbbisən”
3. Sonra başını səcdədən qaldırıb 70 dəfə deyirsən:
رَبِّ اغْفِرْ وَارْحَمْ وَتَجَاوَزْ عَمَّا تَعْلَمُ اِنَّكَ اَنْتَ الْعَلِىُّ اْلاَعْظَمُ
“Rabbiğfir vərhəm və təcəvəz əmmə tə’ləmu innəkə əntəl-əliyyul-ə’zəm”.
Tərcümə: “Rəbbim, məni bağışla, mənə rəhm et. Bildiyin bütün günahlarımı əhv et. Həqiqətən sən uca və əzəmətlisən”.
4. Sonra yenidən səcdəyə gedib 70 dəfə deyirsən:
سُبُّوحٌ قُدُّوسٌ رَبُّ الْمَلاَئِكَةِ وَالرُّوحِ
“Subbuhun quddusun rabbul-məlaikəti vər-ruh”
Tərcümə: “İlahi, Sən çox paksan, çox müqəddəssən, mələklər və ruhun rəbbisən”.
Sonra hacətini, istəyini Allahdan istəyirsən.
1 nəticə görsənir
Sizin cavabınız