Qəza namazlarım

0
0

Mənim qəza namazlarımın sayı çoxdur. Onların dəqiq sayını da bilmirəm. Nə qədər namaz qılmağım lazımdır? Onları qılarkən ardıcıllığı gözləmək lazımdırmı? Misal üçün əvvəlcə zöhr namazını sonra isə sübh namazını qılmaq olarmı?

0
0

Tövbə edin və Allahdan bağışlanmaq diləyin. Qılmadığınız namazların qəzası vacibdir. Əgər qəza olmuş namazların sayında şəkkiniz varsa, yəqininiz olan sayın (qılmadığınızı dəqiq bildiyiniz az miqdarın) qəzasını qılsanız kifayətdir. Gündəlik namazların qəzasını qılmaq üçün tərtib (ardıcıllıq) vacib deyil. Yalnız tərtiblə qılınan namazlarda məsələn, eyni günün zöhr və əsr namazları və yaxud bir günün şam və işa namazlarını qılarkən tərtib lazımdır.

1 nəticə görsənir
Sizin cavabınız