Qəsr namazı

0
0

Mən Şərur rayonunda doğulub yetginlik yaşına çatandan sonra Bakıda yaşayıram. Mən müddətindən asılı olaraq, yəni 10 gündən az müddətə ata ocağına gələndə namazlarımı qəsr qəlmalıyam yaxud tam. Əvvəlcədən təşəkkür edirəm. Allah razı olsun.

0
0

Əgər Bakıya gəldikdə məqsədiniz birdəfəlik burda yaşamaq olubsa, Şərur rayonuna bundan sonra ancaq qonaq kimi getmək , bir daha orada yaşamamaq qərarında olmusunuzsa, Şərur sizin üçün şəri olaraq vətənlikdən çıxar və ora 10 gündən az müddət qalmaq üçün getsəniz namaz qəsr qılınacaq. Yox əgər əksinə, Bakıya gələndə məqsəd bir müddətlik işləyib, yenidən qayıdıb Şərurda yaşamaq olubsa bu zaman Şərur şəri vətənlikdə qalır və orada namaz bütöv qılınır.

1 nəticə görsənir
Sizin cavabınız